“Əyləc yastıqlarının” səsi

İki həftə idi ki, əyləci basanda maşınım “uuuuuu!!!” eləyirdi. Lap Sumqayıtın o baş-bu başına işləyən 7 nömrəli avtobus kimi. Balaca maşından çıxan bu səsin bütün qlamur havasını dağıtdığını düşünüb, özümü servisdəki ustama yetirdim.
Texniki baxışdan sonra “əyləc yastıqları yeyilib, haradasa 20% qalıb, idarə edə bilərsən, amma bax da...” “Səbəbi tez-tez əyləci basmağındır” - dedi.
Və anladım ki, hər addımda uğultu ilə yanımızdan keçən, hər gün içində oturan, yanından piyada və ya maşınla keçən yüzlərlə insanın taleyi tapşırılmış bu avtobuslardan çıxan o səs yeyilmiş əyləc yastıqlarının səsidir. Səbəbi isə sadədir – tıxaclar, hər addımda saxlayıb adam götürmə, vaxtı uzatmaq üçün “darta-darta” getmə…
2 gün əvvəl eşitdiyimiz xəbər isə faciə olmasaydı, yəqin ki, güldürərdi: 2 avtobus qəza edib, yola tökülüb mübahisə edən adamları da yoldan keçən 3-cü avtobus basıb, ölən və yaralananlar var. Digər xəbər isə sosial şəbəkədəki jurnalist dostlarımdan birinin paylaşması idi – avtobus sürücüsü dayanacaqdakı adamların üstünə gedib. Sürücü düşüb insanlardan üzr istəmək əvəzinə, maşının harasının əzildiyini yoxlayıb.
…Hər gün də nə qədər yayılan və yayılmayan belə xəbər. Bir də sükan arxasında içən (çay), çəkən (siqaret), telefonla danışan, söyüş söyən sərnişin avtobusu sürücüləri.
Həyatımız haçansa haqqında “bir şofer də ola bilməyəcək ki?!” deyilmiş adamların qabiliyyət və məsuliyyətindən asılı qalıb.
Əlaqədar icra qurumunun – Nəqliyyat Nazirliyin və ya elə bu sərnişin avtobuslarının aid olduğu şirkətlərin yanaşması da hamımıza məlum: hadisədən sonra zəng edən jurnalistlərə “sürücü cəzalandırılıb” cavabı.
Amma Molla Nəsrəddinin ondan ulağını istəyən qonşusu il bağlı bir lətifəsi də var axı… Öz qulaqlarınızla eşitdiyiniz “tormoz nakladkalarının” səsinə inanırsınız, yoxsa...?
Afət Yaqubova,
Lent.az
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










