Film kimi qəza; icra başçısının qardaşı oğlu sərxoş halda 8 maşını əzdi - FOTO

Fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. «İnfiniti-5-5» markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində – Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransaının Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib.
Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs sərxoş vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq «Nissan» markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü bir dəqiqənin içində 8 avtomobili sanki qəsdən əzib. O, maşını gah irəli sürüb, gah arxaya hərəkət edərək maşınları əzə-əzə hərəkət edirmiş. Son anda avtomobilin ön tərəfi səkiyə çırpıldığı üçün qabaq təkərlər qırılıb və sürücü maşından düşüb. Bildirilir ki, həmin şəxs əvvəlcə qaçmağa çalışıb. Lakin polis əməkdaşları ayaq üstə güclə dayanan həmin şəxsi saxlayaraq bölməyə aparıblar. İlk araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən bu şəxsin özü də hüquq mühafizə orqanı əməkdaşıdır. Onun ucqar rayonlardan birinin icra başçısının qardaşı oğlu olduğu bildirilir. İdarə etdiyi avtomobil isə özünə yox, məhkəmə sistemində çalışan dostuna məxsus imiş.
Hazırda polis məsələ ilə bağlı araşdırma aparılır.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














