Hava limanında taksi sürücülərindən iyrənc əməl

«Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə gəlmək üçün avtobuslar olmalıdır. Həmçinin, əks istiqamətdə də avtobuslar hərəkət etməlidir». Avtosfer.az-ın məlumatına görə, bunu martın 17-də Milli Məclisdə hökumətin hesabatı zamanı çıxış edən millət vəkili Çingiz Qənizadə təklif edib. O bildirib ki, xarici ölkələrdən Azərbaycana gələn qonaqlarla yanaşı, yerli əhali də hava limanına gedib qayıtmaq üçün ictimai nəqliyyatın olmasını arzu edir: «Çünki bütün ölkələrdə hava limanından şəhərə getmək üçün xüsusi avtobuslar var. Təkcə Azərbaycanda bunu etmirlər. Amma bu, çox vacib məsələdir. Turistlərin, xarici qonaqların rahatlığını təmin etmək, eyni zamanda, yeri əhaliyə yüksək xidmət göstərmək üçün şəhərin mərkəzinə işləyən avtobuslar olmalıdır».
Avtosfer.az-ın əməkdaşı ilə söhbətində isə Çingiz Qənizadə bildirib ki, onda olan məlumata görə, hava limanında fəaliyyət göstərən taksi sürücüləri daha çox pul qazanmaq üçün müştəriləri aldadırlar: «Məndə olan məlumata görə, taksi sürücüləri Azərbaycana gələn əcnəbiləri aldadıb daha çox pul alırlar. Məsələn, hava limanından şəhərə gəlmək üçün düz yolla yox, Maştağa, Buzovna qəsəbələrindən hərlənib yolu qəsdən uzadırlar ki, müştəridən çox pul alsınlar. Bu da düzgün deyil. Qarşıdan Avropa Yay Olimpiya Oyunları gəlir. Həmçinin, ölkəmizə gələn turistlərin də sayı çoxalır. Taksi sürücülərinin bu əməllərinə qarşı tədbir görülməlidir. Bunun üçün də avtobuslar ayrılmalıdır ki, insanları hava limanına aparıb gətirsin. Qoy, yarım saatdan bir işləsinlər. Amma insanlar bilsin ki, oturub yarım saat çay içib sonra avtobusla rahat şəkildə şəhərin mərkəzinə gələ biləcəklər».
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












