Banner

Həbs olunan «avtoş»ların həyat tərzi - FOTOLAR

Yazarlar 19 May 2015 01:42 Oxunub 2901
Həbs olunan «avtoş»ların həyat tərzi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda 13 «avtoş» tutulub; 7-si axtarışdadır

Bakıda polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarına təhlükə yaratdığına, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə məhkəmələr tərəfindən çıxarılan qərar əsasında inzibati həbs olunan 13 nəfər ictimaiyyətə təqdim olunub. Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov həbs olunanlarla fərdi söhbət aparıb. Həbs olunanlar arasında sürücülük vəsiqəsi olmadan maşın sürənlərə də rast gəlinib. V.Əsədov bildirib ki, həbs olunanlardan 4-ü avtoxuliqanlığa, 4-ü polisin əmrinə tabe olmamağa, 5 nəfər avtomobili sərxoş idarə etdiyinə görə tutulub. DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan daha 7 nəfərin isə axtarışları davam etdirilir. Vaqif Əsədov əlavə edib ki, bu kimi görüşlərin keçirilməsi ictimai qınaq metodu kimi nəzərdə tutulub: "Bu tədbirlər DYP əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək. Məqsəd isə paytaxt sakinlərinin təhlükəsizliyini və hər bir yol hərəkəti iştirakçısının mənzil başına sağ-salamat çatmasını təmin etməkdən ibarətdir.

Həbs olunanlardan Masallı rayon sakini 26 yaşlı Əliyev Burhan Nurəddin oğlu Bakıda "Bosch" mağazasında satıcı vəzifəsində çalışır. O, mayın 6-da qəza şəraiti yaratmaqla manevr qaydalarını pozub. DYP əməkdaşının "Saxla" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin yol polisləri tərəfində saxlanılaraq məhkəməyə aparılıb. B.Əliyev məhkəmənin qərarı ilə 20 gün həbs edilib. İdmanla məşğul olduğunu deyən Burhan Əliyev Babək prospekti ilə evə gəldiyini deyir: «Həyətə çatıb maşını saxladıqda yol polisləri mənə yaxınlaşıb avtoxuliqanlıq etdiymi bildirdilər və maşının açarlarını tələb etdilər. Mən də tabe olmadım, mübahisə yarandı. Bildirdim ki, avtoxuliqanlıq etməmişəm. Ola bilər ki, manevr edib başqa maşını ötmüşəm. Bir az səbrli olub mübahisə etməsəydim, bura düşməzdim» .

Mahmudov Nurlan Eldar oğlu Yevlax şəhərində anadan olub. Nəqliyyat vasitəsini sənədsiz idarə etdiyinə görə mayın 14-də həbs olunub. Fərdi əməklə məşğul olan Nurlanın 30 yaşı var, 3 uşaq atasıdır. Məhkəmə qərarı ilə ona 20 gün inzibati həbs cəzası verilib. 

Qeyd edək ki, saxlanılan 13 nəfərə məhkəmə qərarı ilə 15 gündən 30 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.

Həmin şəxslərin siyahısını təqdim edirik:

 

1. Abbasov Emin Eldar oğlu – Bakı – işləmir – 30 gün

2. Yusifov Yahya Qasım oğlu – Qazax – Fərdi əməklə məşğuldur – 20 gün

3. Ələkbərov Qurban Hüseyn oğlu – Bakı -  İşləmir – 30 gün

4. Əliyev Burhan Nurəddin oğlu – Masallı – Mağazada satıcı – 20 gün

5. Məmmədov Tural Murad oğlu – Lənkəran – Fərdi əməklə məşğuldur – 15 gün

6. Atakişizadə Cəmil Elxan oğlu – Bakı – İşləmir – 15 gün

7. Fərzəliyev Ruslan Sədrəddin oğlu – Sabirabad – İşləmir – 20 gün

8. Mirzəyev Azər İsrail oğlu – Bakı – İşləmir – 20 gün

9. Mahmudov Nurlan Eldar oğlu – Yevlax – Fərdi əməklə məşğuldur – 20 gün

10. Feyziyev Cəmaləddin Seyfullah oğlu – Fyzuli -  İşləmir – 15 gün

11. Mirzəyev Elmar Baləmi oğlu – Bakı – İşləmir – 30 gün

12. Abdullayev Ruslan Elizbar oğlu – Daşkəsən – İşləmir – 20 gün

13. Müzəffərli İskəndər Sədaqət oğlu – Lənkəran – İşləmir – 15 gün

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh