İkimərtəbəli qatarların istifadə vaxtı açıqlandı

“Yeni dərs ili başlayana kimi Bakı-Xırdalan-Sumqayıt xətti üçün nəzərdə tutulan iki mərtəbəli qatarlar sərnişinlərin istifadəsinə veriləcək”. Bu sözləri anspress-ə açıqlamasında "Azərbaycan Dəmir YollarıAzərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. “İşlər yekunlaşmaq üzrədir və artıq 3 platforma tikilib. 4-cü platformada işlər aparılır. Bakı sərnişin stansiyasından ("28 May" metrosu) "Böyükşor" stansiyasına ("Koroğlu" metrosu) qədər dəmir yolunun kənarında çəpərləmə işləri həyata keçirilir. 63 km xəttin 52 km–lik hissəsi təmir olunub. Qalan hissədə isə təmir işləri davam etdirilir”.
Nadir Əzməmmədovun sözlərinə görə, bu xətt üzrə heç bir yeni stansiya tikilməyib. Lakin rabitə və siqnalizasiya sistemi yenidən qurulur. Təmir işləri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün yeni birləşdirici 1.6 km-lik yolda torpaq yatağında işlər gedir. Sumqayıt şəhərində 2 platforma və yeraltı keçid tikilib.
N.Əzməmmədovun sözlərinə görə, yeni qatarlar Bakı-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt xətti üzrə hərəkət edəcək. Yeni gətirilən qatarların sürəti saatda 160 km-ə çatır. Amma qatarlar saatda 160 km-lə hərəkət etməyəcək. Sürət elə tənzimlənəcək ki, sərnişinlər 40 dəqiqəyə sonuncu stansiyaya çata biləcəklər.
Yeni qatarların ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Qurum rəsmisinin sözlərinə görə, elektrik qatarlarında ödənişlər nəqliyyat üçün ümumi ödəniş kartı - "Bakı kart"la həyata keçiriləcək. Bunun üçün Bakı sərnişin stansiyasında yeni turniketlər qurulur. Amma ki, gediş haqqının müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət olunmayıb.
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












