İstirahətə gedib ölənlər və ya dəhşətli qəzaların səbəbi - VİDEO

Yay mövsümündə rayon yollarında tez-tez ağır qəzalar baş verir. Bu cür qəzaların bir çoxu istirahətə gedənlər tərəfindən törədildiyindən ölən və yaralananların əksəriyyəti də adətən bir ailənin üzvləri olur.
Ağır qəzaların artması yol polisini müvafiq tədbirlər görməyə vadar edib. Əvvəla, belə qəzaların səbəbləri araşdırılıb və statistika təhlil olunub. Nəticədə məlum olub ki, belə yol qəzalarını törədənlər əsasən Bakıdan bölgələrə istirahətə gedən sürücülərdir.
Növbəti yerdə isə kənd təsərrüfatı məhsullarını daşımaqla məşğul olan sürücülərin törətdiyi qəzalar dayanır. Qəzaların başvermə səbəbinə gəlincə isə burada ilk yeri ötmə-manevr qaydalarının pozulması tutur.
Qəzalarda yol infrastrukturunun payı da az deyil. Belə ki, magistral yolların bəzi hissələrində arakəsmələrin olmaması qəzaların nəticələrini daha da ağırlaşdırır.
Bütün bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi rayonlara gedib-gələn sürücülər üçün animasiya filmi hazırlayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












