Kəmalə Müzəffər: «Hərdən tələsib, sürəti qaldırsam da…»

Əməkdar artist Kəmalə Müzəffər yol-hərəkət qaydalarını pozan sürücülərdən danışıb. Əməkdar artist Avtosfer.az-a bildirib ki, hazırda nisbətən sürücülük mədəniyyəti düzəlib: “Bütün sürücülərə sürücülük mədəniyyəti arzulayıram. İnsanın yemək yeməsindən, geyimindən, danışıq tərzindən tutmuş, maşın idarə etməsinə qədər hamısı mədəniyyətin göstəricisidir. Hazırda bir az sürücülük mədəniyyəti düzəlib, amma bundan da yaxşı olmasını istəyirəm. Piyadalarımız və sürücülərimiz də ehtiyatlı olmalıdırlar”.
Əməkdar artist bəzi sürücülərin və piyadaların yol-hərəkəti qaydalarına düzgün riayət etməməsindən şikayətləndi: “Bəzi piyadalarımız bilməlidirlər ki, bu dünyada işıqfor var, yaşıl işıqda keçib, qırmızı işıqda dayanmaq lazımdır. Piyada zolaqlarından keçsinlər, maşınların arasından yox. Eləcə də sürücülər sürəti artırmasınlar. Şəhərin içində normal maşın idarə etməliyik. Yol-hərəkəti qaydalarını heç vaxt pozmamışam. Hərdən tələsib, sürəti qaldırsam da, tez aşağı salmışam. Mənim tələsməyimin insanlara nə dəxli var ki? Maşının önünüdən qəflətən bir insan keçə bilər. Tələsirəm deyə camaatı vurub öldürməliyəm? Sonra deyim ki, kaş, tələsməməliydim. İnsan həyatı ilə oynamaq olmaz”.
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













