Maksimal sürəti saatda 180 kilometrdi, radarda 230-la düşdü?

Son vaxtlar internet səhifələrində və sosail şəbəkələrdə maksimal sürəti saatda 180 kilometr olan avtomobilin 230 kilomter sürətlə radara düşməsi ilə bağlı xəbərlər ciddi mübahisə mözvzusu olub. İlk baxışdan inandırıcı görünməsə də, əslində avtomobilə müəyyən müdaxilələr etməklə bu mümkündür. Bəzi avtomobil həvəskarları öz maşınlarının sürətini artırmaq üçün onun ya mühərrikini dəyişir, ya da əlavə vasitələr quraşdırırlar. Buna qanunverciliklə də yol verilir. Amma ekspertlər sürücülərə belə dəyişiklikləri məsləhət görmürlər.
Bəzi sürücülər avtomobillərinin sürətini artırmaq və dinamikasını gücləndirmək üçün əsasən mühərrik sisteminin detallarını dəyişdirirlər. Sürətin artırılması və hərəkət dinamikasının gücləndirilməsi üçün mühərrik, sürət-ötürmə qutusunun dəyişdirilməsi ilə yanaşı, bir sıra yardımçı detalların əvəzlənməsi də kifayətdir.
Göründüyü kimi, avtomobillərin mövcud göstəricilərdən daha sürətli hərəkəti üçün texniki cəhətdən mümkündür. Mövcud qanunvericilik də buna icazə verir. Yəni mühərrikin məlumatları ilə yanaşı, nömrəli aqreqatlardan hesab olunan ötürmə qutusu da dəyişdirilərsə, bu zaman reyesterdə yenidən qeydiyyata alınmalıdır. Sürətin artırılması üçün nömrəsiz detalın dəyişidirilməsi zamanı yenidən qeydiyyata ehtiyac yoxdur. Əgər sürücülər mühərrik sistemini dəyişdirərək yenidən qeydiyyata almasalar, avtomobil cərimə meydançasına aparılır və sürücü 150 manat cərimə edilir.
Ekspertlər hesab edir ki, qanunvericilik icazə versə də, mühərrik sisteminin dəyişdirilməsi məsləhət deyil. Çünki yeni mühərrik və köhnə detallar nə qədər bir-birilərinə uyğunlaşsalar da, zavod istehsalı kimi təhlükəsiz deyil.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










