Masallı sakini "Reno"nu ata qoşdu: "Benzin yandırmır"

Gördüyünüz bu qeyri-adi at arabası Masallı rayonunun Hacıtəpə kənd sakini Zöhrab Ələkbərova məxsusdur. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, Zöhrab kişi uzun müddət istifadə etdiyi Fransa istehsalı olan "Reno" markalı avtomobili nasaz olduğundan onu 3 il öncə faytona çevirməyə qərar verib. O, avtomobili səliqəli şəkildə tən ortadan bölməklə onun arxa hissəsinə müəyyən avadanlıqlar əlavə edib. Zöhrab Ələkbərovun sözlərinə görə, hazırda istifadə etdiyi avto-fayton ona əsl avtomobildən daha çox xeyir gətirir. Belə ki, yanacaqdan istifadə etmədən gün ərzində 40-50 kilometr yol gedir, əvvəllər avtomobil üçün aldığı ehtiyat hissələrə isə əlavə xərc çəkmir.
"Əkin vaxtı sahəyə arpa, buğda daşıyıram. Məndən razı qalırlar. 5 manat, 3 manat verirlər, imkansızları da aparıram. Yol hərəkəti qaydalarına riayət etmək lazımdır. Gecə hər hansı maşın görmədən təhlükə yarada bilər. Onlara görə mən də bu işıq sistemlərini quraşdırmışam ki, heç nə olmasın. Maşının akkumlyatorunu qoymuşam".
Zöhrab Ələkbərovun sürücülük vəsiqəsi də var. Faytonla yola çıxarkən o, hökmən vəsiqəni üstündə gəzdirir. Zöhrab kişi becərdiyi kənd təsərrüfatı məhsullarını da məhz bu araba ilə bazara aparır. Qeyd edək ki, süjetimizin qəhrəmanının iki şəxsi avtomobili olsa da o, bunlardan təsadüfi hallarda istifadə edir. Zöhrab kişi 20 ilə yaxındır ki, həm də atçılıqla məşğul olur.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










