Maşını nömrəsiz sürənlər üçün yazı...

Sürücülər yaxşı bilirlər ki, avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etmək qanunla qadağan olunur. Buna baxmayaraq, paytaxt küçələrində nömrəsiz maşınlara tez-tez rast gəlinir. Qanun keşikçiləri onları saxlayanda isə müxtəlif bəhanələr gətirirlər - "oğurlayıblar", "itirmişəm". Bəlkə də onların sözlərində həqiqət payı var, ancaq Yol Hərəkəti Qaydaları istənilən halda nömrəsiz maşın sürməyi qadağan edir. Bakıda və ölkənin digər yerlərində nömrəsiz maşınlar tərəfindən vurulan piyadaların sayı az deyil. Onların bəziləri təcili yardım gələnə qədər dünyalarını dəyişiblər. Belə olan halda isə günahkarları tapmaq çətin olur.
Avtosfer.az xəbər verir ki, day.az saytı məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən şərh alıb. Qurumdan bildiriblər ki, yol polisi inspektorları nömrəsiz maşın görən kimi saxlayırlar. Belə maşınların sahibləri 40-60 manat dəyərində cərimə olunur. Nömrələr istehsalçının müəyyənləşdirdiyi yerdə olmalıdır. Bəzən sürücülər nömrələri ön şüşənin altından qoyurlar. Bu da qayda pozuntusudur. Əgər nömrə oğurlanıbsa, itibsə və ya qəza nəticəsində yararsız hala düşübsə, maşını sürmək olmaz.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












