Millət vəkili avtovağzalı yıxıb-sürüdü: «Vətəndaşları soyurlar»

Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalını sərt tənqid edib. Avtosfer.az-ın məlumatına görə, deputat bu gün facebookdakı profilində yazdığı statusda Avtovağzalda pul yığılmasından, insanlara normal xidmət göstərilməməsindən və buradakı biabırçı mənzərədən bəhs edib. Onun statusunu olduğu kimi təqdim edirik:
«Səhər-səhər qonaqlarımı avtovağzaldan Naxçıvana yola salmaq üçün öz maşınımla getmişdim. Avtovağzala gedən yolun yenə də asfalt dərisini soymuşdular. Burada da bardürlər bir il keçməmiş qocalmışdı. Heç yerdə işarə yox idi ki, hansı avtobusların platforması haradadır. Avtovağzala giriş özü də müəmmalı idi. İki qapıda da "Xoş gəlmisiniz!" yazılmışdı. Az sonra buranı tərk edəndə düşündüm ki, bizdə çox yerdə "Cəhənnəmə gəlmisiniz!" deyilmək istənən yerdə məsxərə ilə "Xoş gəlmisiniz!" yazırlar. Nəhayət, birindən içəri girdik və məlum oldu ki, avtobuslara tərəf getməyə icazə yoxdur. Şlaqbaumun yanında duran oğlandan soruşdum ki, bəs, yük ağırdır, haradan keçək? Söylədi ki, nə vaxtsa burada qəza olduğuna görə müdiriyyət maşınların parka yaxınlaşmasına icazə vermir. Olsun. Sordum ki, "ağır yol çantası var, nə edək?". Bildirdi ki, ancaq birinci mərtəbədən daxil olub, 3-cü mərtəbəyə pilləkənlə qalxırlar, oradan da bir az gedib avtobusa çatırlar. O cür də qadın-uşaq yola salmalı oldum. Avtovağzala göz gəzdirdim, inanın ki, bu qədər çirkab, üfunət çox az yerdə görərsiniz. Asfalt kələ-kötür, bir il öncə gördüyüm təmir hələ də davam edir. Ən əsası isə dəyişməyən bir şey var: 1 dəqiqəyə daxil olub tərk etdiyin avtovağzalda "M.TRANS" MMC adlı qurum üçün yığılan 1 manat haqq öz yerindədir. Demək, heç bir xidmət göstərmədən pul yığmaq, vətəndaşı soymaq ənənəsinə ancaq bizdə rast gəlmək olar. Verdiyim pulu halal etmədən Avtovağzalı tərk etdim. Təklif edəcəyəm ki, heç olmazsa, bu Avtovağzalın adından qarşısından "Beynəlxalq" sözünü çıxarsınlar. Belə "xidmət" göstərilən Avtovağzalın nə beynələ, nə beyinə, nə də xalqa zərrəcə faydası yoxdur».
Elməddin
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










