"Mister Bin" qəzaya düşdüyü bu maşını satır - FOTO

Britaniyalı aktyor, daha çox "Mister Bin" obrazı ilə tanınan Rouen Atkinson bahalı avtomobillər kolleksiyasından olan McLaren F1 GTR-i satışa çıxarıb. Avtosfer.az-ın buro247.az-a isitnadən verdiyi məlumata görə, avtomobilin ilkin satış qiyməti 12 milyon dollardır (təxminən 9 milyon 400 min manat). "McLaren F1 GTR" modelinin maksimal sürəti 380 km/saatdır. 10 illik istismar zamanı avtomobil təqribən 41 min kilometr qət edib. R.Atkinson bu maşından alış-verişə yollanmaq və övladlarını məktəbə aparmaq üçün istifadə edib.
Aktyor bu maşının sükanı arxasında 2 dəfə qəzaya düşüb. 1999-cu ildə maşının kapotu qəzada tamamilə dağılıb. Bunun təmiri üçün 100 min funt sterlinq (təxminən 119 min manat) xərclənmişdi. 2011-ci ilin avqustunda isə aktyor bu maşında daha ağır qəzaya düşüb. Təmirə bir il vaxt və 1 milyon funt-sterlinq (1 milyon 187 min manat) xərclənib.
Qeyd edək ki, Rouen Atkisonun qarajında 13 superkar var.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı






















