Nazir müavini ilə toqquşan «avtoş» məhkəmədən əl çəkmir - FOTO

Bakı Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, prosesdə T.Rəhimovun apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.
Qərardan narazı qalan T. Rəhimov isə Ali Məhkəməyə kassasiya şikayəti verib. O, kassasiya şikayətində apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ali Məhkəmə T.Rəhimovun şikayətinə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsində iclas davam etdiriləcək.
Qeyd edək ki, ötən il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində T. Rəhimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “Jiquli” qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü T. Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Xatırladaq ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
















