Nəqliyyat kartı problemi necə həll olunacaq? - AÇIQLAMA

Bəzi sərnişinlər "Bakubus" avtobuslardan istifadə etmək istəyərkən ödəniş kartının olmaması və ya onun balansının artırılması problemi ilə üzləşirlər. Avtosfer.az xəbərə verir ki, bu barədə milli.az-a müraciət edən oxucular nəqliyyat kartları üçün terminalların azlığından şikayət edirlər. Ödənişin nəqliyyat kartları vasitəsilə edilməsi tələb olunan "Bakubus" avtobuslarından istifadə etmək istəyərkən bəzən ödəniş kartının olmaması və ya onun balansının artırılması problemi ilə üzləşdiklərini deyirlər. Belə ki, bəzən onların durduğu dayanacaqda "Bakıkart" terminalları olmur. Vəziyyətdən çıxmaq istədikdə isə ya terminalların olduğu metro stansiyaları uzaq olur, ya da terminalın ən yaxın başqa hansı dayanacaqda olduğunu bilmirlər.
Bununla bağlı milli.az-ın sorğusunu cavablandıran "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev məsələyə aydınlıq gətirib: ""Bakıkart" terminallarının harada qoyulacağı "Bakubus" avtobusları xətlərə çıxmazdan öncə əvvəlcədən planlaşdırılır və terminallar yalnız öncədən planlaşdırılan yerlərdə quraşdırılır. "Bakubus"ın yeni marşrutları açıldıqca isə quraşdırılan terminalların sayı da artacaq. Bundan əlavə, bu problemi avtobus dayanacaqlarından və metro stansiyalarından başqa, mətbuat köşklərində də həll etmək olar. Belə ki, həmin köşklərdə də kartların satışı və balansının artırlıması mümkündür. Lakin təəssüf ki, bəzi sərnişinlər bundan məlumatsızdırlar".
Qeyd edək ki, "Bakubus"ın hava limanı xətlərindəki terminalları qalıq xırda pul qaytarır. Məsələn, bunu "28 May"dakı və ya hava limanındakı terminalda görmək olar. Amma şəhərdaxili yerlərdəki terminallar bu funksiyanı yerinə yetirmir. Çünki əvvəlcədən bu layihə planlaşdırılanda hər bir şəxsin özünə lazım olduğu qədər pulu gətirib terminaldan istifadə etməsi nəzərdə tutulub.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










