Nəqliyyat müfəttişləri yol polisləri birləşib sürücüləri soyurlar

Bir müddətdir səlahiyyətləri azaldılan, Nəqliyyat Nazirliyinin “qoçuları” adı ilə məşhurlaşan nəqliyyat müfəttişləri yenə də sürücülərin başına oyun açırlar. Avtosfer.az gün.az-a istinadən xəbər verir ki, keçmiş «qoçular» indi də yol polisləri ilə əlbir olaraq taksi sürücülərini ilişdirirlər. Konkret olaraq bir faktı diqqətinizə çatdırmaq istəyirik. Şəmkir rayonunda taksi fəaliyyəti ilə məşğul olan Elçin Həmidov adlı şəxs işbazların əməlləri haqqında redaksiyamıza şikayətini göndərib. Sürücü deyir ki, təkcə Şəmkirdə deyil, bir çox rayonda lisenziyası olmayan çox taksi sürücüsü var: “Əvvəllər nəqliyyat müfəttişləri qeyri-leqal yollarla lisenziya məsələsini həll edirdirlər, sürücülərdən də “hörmətlərini” alırdılar. Onların səlahiyyətləri azalandan sonra indi başqa yola ət atıblar.
Belə ki, indi onlar lisenziya məsələsini qanuni yolla həll edəcəklərini deyirlər. Amma öz şəxsi əlaqələri hesabına qeyri-qanuni yolla həll edirlər, sürücü də bundan xəbərsiz olur. Belə ki, onlar əllərində olan taksi tanınma nişanlarını sürücüyə sataraq, onun probleminin həll edildiyini bildirirlər. Sonradan nəqliyyat müfəttişləri həmin sürücü haqqında əlbir olduqları yol polisi əməkdaşlarına məlumat verirlər. Yol polisləri də sürücünü saxlayaraq cərimələyirlər. Ziyan hər iki halda taksi sürücülərinə dəyir”, - deyə şikayətdə qeyd olunur.
Görünən budur ki, nəqliyyat müfəttişləri səlahəyyitlərinin azaldılması ilə razılaşa bilmirlər. Yenə də öz “qoçuluqlarını” nümayiş etdirmək üçün qeyri-qanuni yollara əl atırlar.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı fərman ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri əlindən alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilmişdi. Prezidentin fərmanında əsasən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan və əvvəllər Nəqliyyat Nazirliyinə tabe olan qurumların baxdığı bəzi inzibati xətalara dair məsələlərə bundan sonra Baş Dövlət Yol Polisi baxacağı qeyd edilib.
Fərmanda qeyd edilən iki maddə xüsusilə diqqət çəkir. Bu maddələr açıq-aydın bildirir ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülərə lisenziyanı Baş Dövlət Yol Polisi İdarəsi verməlidir. Amma bu qurum da öz səlahiyyətlərini yerinə yetirməyərək nəqliyyat müfəttişləri ilə əlbir olurlar:
- Taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (150-2.1.2-ci maddə);
- xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (150-4-cü maddə);
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, həmin sürücü vaxt itirmədən DYP-ya müraciət etsin: "Qoy bizə müraciət etsin, araşdıraq görək nə məsələdir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










