Nərimanovda avtomobilləri qarət edənə 5 il cəza verildi

Nərimanov rayon Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Kamran Pirquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Pirquliyev tutulub. O, ötən ilin sentyabrın 2-də Bakı şəhər sakini Elşən İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə 430 manat, sentyabrın 4-nə keçən gecə Zaur Məmmədova məxsus “Niva” markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə 3 manat oğurlayıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Rüfət Orucovun, Rəhman Salamzadənin, Ruslan Nəsibovun və Ədalət Manafovun avtomobillərindən pul, qol saatı, 4 ədəd telefon, ətir, eynək, tütün məmulatı, kredit kartı və yaddaş kartı oğurlaması da müəyyən edilib. Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamran Pirquliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












