Onlarda 100 avtoqəzadə 2, bizdə 35 adam ölür

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov yeni hazırlanan İnzibati Xətalar Məcəlləsini şərh edərkən bildirib ki, yeni məcəllə cəmiyyətin fikri ilə üst-üstə düşür: «Sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə 300 manat cərimə edilirdisə, bu məbləğ 400 manat olacaq. Məsələni cəmiyyətə «cərimələr bir neçə dəfə artırılıb» kimi təqdim edəndə çaşqınlıq yaranır, yanlış anlayırlar. Hamı bilməlidir ki, avtomobili sərxoş vəziyyətdə idarə etmək olmaz. Hətta düşünürəm, tətbiq olunan cərimənin məbləği azdır».
R.Cəbrayılov əlavə edib ki, Azərbaycanın yollarında insan ölümləri digər ölkələrə nisbətdə daha çoxdur: «Baxın, Azərbaycan qədər əhalisi olan İsveçdə avtomobil qəzalarının iki faizi ölümlə nəticələnir. Yəni, 100 avtoqəzanın cəmi ikisində adam ölür. Avstriyada bu rəqəm 2,7, Avropada 4, Türkiyədə 5, Azərbaycanda isə 33-36-dir. Bu, o deməkdir ki, 100 avtoqəzada 33-36 nəfər adam ölür, yəni, hər 3 qəzadan birində adam həlak olur. Həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. Məsələn, il ərzində Azərbaycan yollarında 1100-dən 1200-ə qədər adam ölür. Nəzərə alsaq ki, xəsarət alanların sayı ölənlərin 3 misli qədər olur, deməli, 3500-dən artıq insan da bədən xəsarəti alır. Azərbaycandakı avtoqəzalarla bağlı statistikaya baxanda adama elə gəlir ki, yollarda müharibə gedir. Heç Dağlıq Qarabağda aktiv döyüş əməliyyatları gedən vaxtlarda il ərzində 1200 nəfər həlak olmayıb. Düzdür, qəzaların səbəbləri çoxdur, amma bu səbəblərdən biri də avtomobili sərxoş vəziyyətdə idarə etməkdir".
Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclisdə plenar iclasda müzakirəyə çıxarılacaq. Yol hərəkəti qaydaları əleyhinə bir neçə cərimə növünün məbləği artırılacaq.
Elməddin
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











