Parkinq mədəniyyətindən xəbərsiz sürücülərin FOTOLARI

Avtosfer.az-ın əməkdaşı aprelin 19-da, axşam saatlarında Yasamal rayonu ərazisindəki Cavid parkının ətrafında avtomobillərin dayanma-durma qaydaları ilə bağlı müşahidələr aparıb. Müşahidələr zamanı məlum olub ki, bəzi sürücülərin ümumiyyətlə, parketmə mədəniyyətindən və qaydalarından xəbəri yoxdur. Bəziləri isə maşını harada və necə gəldi saxlamaqla özlərini başqalarından fərqləndirməyə çalışırlar. Məsələn, piyada keçidinin üstündə park edən sürücülərin fotoları və nömrələri aydın görünür. Baxın, belə sürücülərin ya qaydalardan xəbəri yoxdur, ya da nəsə ciddi problemləri var. Yoxsa, piyada keçidinin üzərində maşını saxlamazdan əvvəl düşünərdilər ki, piyadaların uçmağa qanadı yoxdur. Zebra xətləri də yeni çəkilib və bunu görməmək də mümkün deyil. Əgər onlar o boyda xətləri də görmürlərsə, o zaman maşını necə sürürlər? Maraqlıdır ki, bu maşınlar belə yerlərdə park edilərkən parkomatlara nəzarət edən XTAİ-nin əməkdaşları onlara heç nə demir. DYP əməkdaşları isə bu maşınların yanından keçib getsələr də, deyəsən, fikir vermirlər.
Həmin avtomobillərin nömrə nişanlarını və markalarını təqdim edirik:
90 -- 337 – «Mersedes»,
90 -- 725 – «Mersedes»,
10 -- 146 – «Hyundai»,
90 -- 799 – «Dodge»
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?


















