Piyadaların 5 ölümcül səhvləri – «NAĞIL» VƏ HƏQİQƏTLƏR

Rusiya Dövlət Yol Polisi İdarəsi mütəxəssislərin müəyyənləşdirdiyi “piyadaların, əsasən uşaqların inandığı miflər”in siyahısını tərtib edib. Avtosfer.az piyadaların böyük əminliklə inandığı həmin yol əfsanələrini təqdim edir.
Mif 1
Qırmızı işıq yandısa, yolu çox böyük rahatlıqla keçə bilərsən. Heç bir təhlükə yoxdur.
Əlbəttə, işıqforun qırmızı işığı yandısa, piyada keçə bilər. Ancaq bu zaman da ehtiyatlı olmaq mütləqdir. Yolu keçmədən əvvəl sola, sonra sağa, sonra yenidən sola baxın. Əgər heç bir istiqamətdən maşın gəlmirsə, yolu rahatlıqla keçə bilərsiniz, ancaq yenə də sağa-sola baxmağı unutmayın.
Unutmayın ki, qırmızı işıqda belə keçən maşınlar var.
Mif 2
“Zebra” təhlükəsizliyin zəmanətidir.
Piyada yolu sayılan “zebra”dan keçmədən əvvəl hər istiqamətə baxmaq lazımdır.
“Zebra”da dayanmaq, söhbət etmək, nə isə ağır əşya qaldırmaq, oynamaq olmaz.
Mif 3
Sürücünü görürsünüzsə, sürücü də sizi görür.
Həqiqətən də sürücü sizi görməyə bilər. Sürücü maşını saxlayıb sizdən əvvəl keçən piyadaya yol verdisə, o demək deyil ki, sizi də görüb və siz də keçə bilərsiniz. Yola verərkən əvvəlcədən əmin olun ki, sürücü sizi görür.
Mif 4
Sürücü siz yaşılda keçərkən və piyada “zebra”sından keçərkən dayanmalıdır. Sürücü qaydanı poza bilər, yanlış işıqda keçə və yola baxmadan sürə bilər. Buna görə “zebra”dan keçmədən əvvəl təhlükəsizlikdən əmin olun.
Mif 5
Gecə parlaq rəngli paltar geyinmək yolda rahat hərəkətinizi təmin edəcək. Parlaq rəngli paltar sizi yolda görünən etsə də, əlinizdə mütləq reflektorlu (işıqsaçan) əşya olsun. Ən əsası dı, yadınızda saxlayın, həmişə hərəkətin tərsinə deyil, hərəkət istiqamətində gedin.
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












