Piyadanı vurub qaçan sürücü: “Özümü aktyorluğa qoydum ki...”

Bakıda 24 gün əvvəl piyadanı vuraraq onun ölümünə səbəb olan sürücü saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Report”a verilən məlumata görə, aprelin 5-də saat 05:30-da Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini 1980-ci il təvəllüdlü Teymur Əlimövsüm oğlu Mahmudov naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. İsti izlərlə keçirilən əməliyyat zamanı sürücünü saxlamaq, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
BŞBPİ Cinayət Axtarış İdarəsi (CAİ) və “Təhlükəsiz Şəhər” Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Vüsal Məhərləm oğlu Paşayev idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib. O, ifadəsi zamanı hadisədən sonra izi itirmək məqsədi ilə avtomobilini öz həyətində təmir etdiyini bildirib. V.Məhərrəmov deyib ki, ailə üzvləri qəzadan xəbərsiz olub: “Özümü aktyorluğa qoymuşdum ki, heç kim qəzanı bilməsin. Hadisə yerindən qorxduğum üçün qaçmışam ”.
Qeyd edək ki, piyadanın ölümünə səbəb olan sürücü V.Məhərrəmovun sürücülük vəsiqəsi olmayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












