Prezidentlərin ən bahalı helikopterləri- 17 milyon - FOTOLAR

Obamanın uçduğu helikopterin sürəti saatda 267 kilometrdir
Dövlət başçılarının hər dəqiqəsi qiymətlidir. Çünki bu dəqiqələrin hər birinin öz hökmü var. Məhz bu baxımdan siyasi liderlər vaxtlarına qənaət etmək üçün müəyyən məsafələri helikopterlə qət edirlər. Bəs kimin göydəki balonu ən bahalıdır? Avtosfer.az xəbər verir ki, modern.az saytının prezidentlərlə bağlı növbəti yazısı bu mövzu ilə bağlıdır.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Moskva tıxaclarını nəzərə alaraq Kremlə çox hallarda helikorterlə uçur. Prezident helikopteri üçün Kremldə xüsusi meydança da hazırlanıb. Putinin “Mİ-8” helikopterinin ekipajı 3 nəfərdən ibarətdir. Sərnişin tutumu 28 nəfərdir. Sürəti saatda 250 kilometrdir. Qiyməti 8 miyon 200 min dollara yaxındır.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama “VH-3D” helikopterindən istifadə edir. Obamanın uçduğu helikopterin ekipajı 2 pilotdan və 2 operatordan ibarətdir. Sərnişin tutumu 10 nəfərdir. Sürəti saatda 267 kilometrdir. Təxmini qiyməti 6 milyon 400 min dollardır.
Almaniya kansleri Angela Merkel “Super Puma 332” helikopterində uçur. Xanım siyasətçinin göydəki balonu qiymət baxımında həmkarlarından fərqlənir. “Super Puma 332” helikopterinin qiyməti 15 milyon dollardır. Helikopterin ekipajı 3 nəfərdən ibarətdir. Sərnişin tutumu 20-24 nəfərə qədərdi.
Fransa prezidenti Fransua Ollandın almaniyalı həmkarı Angela Merkellə siyasi düşüncələri eyni olduğu kimi helikopterləri də eynidir. Fransua Olland da“Super Puma 332” helikopterindən istifadə edir.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç daha bahalı helikopterdə uçmağa üstünlük verib. Onun “AgustaWestland AW139” markalı helikopterinin qiyməti Ukraynaya 17 milyon dollara başa gəlib. Helikopterin ekipajı 2 nəfər, sərnişin tutumu 15 nəfər, sürəti saatda 309 kilometr olub. Viktor Yanukoviçin helikopteri bahalı və sürətli olsa da o çox da uzaqlara uça bilmədi. Təbii ki, siyasətdə...
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta yaxın səfərlərə “VIP S-76C++” helikopterində uçur. 2 nəfər ekipaj üzvü olan helikopterin sərnişin tutumu 12-13 nəfər, sürəti saatda 287 kilometr, qiyməti isə 7 milyon 900 min dollardır.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?















