Qaçaraq yolu keçənlər: Nə işıqfor, nə də polislər onları durdura bilmir - FOTO

Bir müddətdir ki, metronun "28 May" stansiyasının yaxınlığında yerləşən "28 mall" ticarət mərkəzinin qarşısındakı piyada keçidinin yanına işıqfor qoyulub. Bundan əlavə orada polis əməkdaşları da vəziyyətə nəzarət edirlər. Bu gün bəhs edəcəyimiz məsələ də bundan ibarətdir.
Adıçəkilən ərazidə hər zaman piyada-sürücü davası yaşanırdı. Çünki piyadalar üçün zolaqlı xəttin olması və ticarət mərkəzinə gedib-gələnlərin çoxluğu sürücülərin 10-15 dəqiqə hərəkətsiz gözləməsinə və dolayısı yolla tıxacların yaranmasına səbəb olurdu.
Buna görə də, keçidin yanına işıqfor da əlavə edilib. İşıqforla nizamlanan piyada keçidi həm sürücülərin, həm də piyadalara rahatlığı və təhlükəsizliyi üçün əladır. Lakin vətəndaşlar hələ də yol hərəkəti qaydalarına riayət etmirlər.
İşıqfor piyada üçün qırmızını göstərsə də, bəzi şəhər sakinləri buna məhəl qoymadan, hoppana-hoppana, qaça-qaça yolu keçməyə cəhd edirlər. Bu zaman onları yolun qarşı tərəfində 3-4 polis əməkdaşı qarşılayır və 20 manat cərimə edir. Bu da sakinlərlə polis arasında mübahisələrə səbəb olur. Avtosfer.az xəbər verir ki, məsələni yaxından görüb, araşdırmaq üçün musavat.com-un əməkdaşı bəhs edilən ərazidə olub.
Keçidin yanında dayanıb, müşahidə apardıq. Polis əməkdaşları vətəndaşlara dəfələrlə xəbərdarlıq edirdilər, yenə də yolu qaydaları pozaraq, keçənlər var idi. Ərazidə olduğumuz 15 dəqiqə ərazində bir neçə nəfər cərimə olundu, bəzilərinə isə şifahi xəbərdarlıq edildi.













Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












