Qanunda mövcud olmayan yol nişanı yığışdırıldı, amma… - FOTO

Bir neçə gün əvvəl Parlament prospektində qoyulmuş qəribə bir yol nişanının şəklini yaymışdıq. Həmin şəkil və buna əlavə olunmuş kiçik yazı mətbuatın marağına səbəb olmuşdu. Hətta bunun normal və ya qeyri-normal olması ilə bağlı müzakirələrə də rast gəlindi. Avtosfer.az-ın məlumatına görə, artıq həmin yol nişanları yığışdırılıb, əvəzində Azərbaycan qanunvericiliyində mövcud olan yol nişanı quraşdırılıb. Amma yenə də səhvə yol verilid, sadəcə başqa məzmunda... Nişanın altındakı əvvəlki əlavə lövhəcik saxlanılıb ki, bu da başadüşülən deyil. Əvvala, yol hərəkəti qaydalarında bu məzmunlu və bu tərtibatlı lövhəcik yodur. İkinsisi də belə və ya buna oxşar əlavə lövhəcik bu nişanla birlikdə ola bilməz. Deyəsən, Avtosfer.az-ın iradlarından sonra düzəliş etmək istəyiblər, amma yenə də mütəxəssis rəyini diqqət etməyiblər.
Bu şəkli və həmin məlumatı yaymaqda məqsədimiz ümumiyyətlə yollarımızda nişanların tətbiq ilə bağlı problemə diqqət çəkmək idi. Qanunvericiliyə əsasən, servis nişanlarının, o cümlədən 6.2 nişanının mühüm özəlliyi ondan ibarətdir ki, bu nişanların ifadə etdiyi obyektə qədər məsafə elə həmin nişanın lövhəsində aşağıda göstərilir, hətta həmin obyekt yoldan konkret (sağa və ya sola) istiqamətdədirsə, nişan üzərində məsafə ilə bərabər həmin istiqaməti ifadə edən ox da yerləşdirilir.
Beləliklə, Parlament prospektindəki nişan yazıya əlavə etdiyimiz şəkildəki kimi olmalı idi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
















