"Qiymət dəyişikliyi yalnız Ai-95 və Ai-98 markalı benzinə aid ola bilər"

Azərbaycan bazarında avtomobil benzinin qiyməti neftin 60-62 dollar/barel qiyməti əsasında hesablanıb. Azərbaycanda istehsal olunan Ai-92 markalı benzinin qiymətinə dünya bazarında neftin qiymətinə təsiri yoxdur. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib: "Bunlar bir-biri ilə bağlı deyil. Bu markalı benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bu qiymətlərin də dünya bazarında neftin qiymətinin düşməsindən heç bir asılılığı yoxdur".
SOCAR rəhbəri qeyd edib ki, qiyməti bazar tərəfindən müəyyənləşən və Azərbaycana xaricdən gətirilən Ai-95 və Ai-98 markalı benzin növlərinin isə qiymətində fərq olur. Lakin bu benzinə olan cari tələbat çox azdır - 6 ay əvvəl idxal olunan benzin hələ tam satılmayıb.
"Əgər hazırda xaricdən gətirilən Ai-95 markalı benzini özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıqsa, bu markalı benzin xaricdən gətirilməyə başlayanda isə əhali Ai-92 markalı benzin istifadə etməyə başlayıb. Artıq Ai-95 markalı benzinə tələbat ildə 25 min ton olub və bu həcm də tam satılmayıb".
SOCAR prezidenti dünya bazarında neftin qiymətinin düşməsinin yalnız Ai-95 və Ai-98 markalı benzinə təsiri ola biləcəyini qeyd edib.
"Qiymətlər bazar tərəfindən müəyyənləşdiyindən, qiymət getdikcə azalmalıdır. Bura açıq bazardır, rəqabət var. Rəqabətə görə qiymətlər aşağı düşə bilər. Amma neftin qiyməti qalxdıqda bu markalı benzinin də qiyməti artacaq. Ai-92 benzini isə stabildir və Tarif Şurasının qərarı ilə qiyməti təsdiq olunub. Bu benzinin qiymətində dəyişiklik gözlənilmir".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











