Rayon yollarında baş verən qəzaların sirri açıldı – DYP-dən YENİ VİDEO

Bakı şəhərinə nisbətən respublikanın digər bölgələrində, magistral yollarda ağır yol qəzalarına daha tez-tez rast gəlinir. Belə qəzaların sayı yay və payız aylarında çox olur. Avtosfer.az-ın apardığı təhillərdən bu nəticəyə gəlmək olar ki, belə yol qəzalarını törədənlər əsasən Bakıdan bölgələrə istirahətə gedən və rayonlardan Bakıya və ya əks istiqamətə müştəri daşıyan taksi sürücüləridir. Yəni, ilk iki yeri bu kateqoriydan olan sürücülər tutur. Üçüncü yerdə isə meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları daşımaqla məşğul olan sürücülərin törətdiyi qəzalar dayanır.
Qəzaların başvermə səbəbinə gəlincə isə burada ilk yeri ötmə-manevr qaydalarının pozulması tutur. Əlbəttə, yol infrastrukturunun da yol qəzalarında payı az deyil. Məsələn, 21-ci əsrdə magistral yolu arakəsməsiz təsəvvür etmək gülüncdür. Sadə dillə desək, gediş-gəliş yolu bir-birindən ayrılmır və hətta bəzi yerlərdə bir zolaqla gediş, bir zolaqla da gəliş üçün imkan var. Bəzən səbrsizlik edən sürücülər qaydalara əməl etmədən qarşı yola çıxaraq ötmə əməliyyatı aparıb ağır qəzalara səbəb olurlar. Amma hərəkət hissələri bir-birindən ayrı olsa, hər istiqamət üzrə iki zolaq müəyyən edilsə, belə qəzaların da sayı azalar. Hələlik isə mövcud olan yollarda qaydaları pozmamaqla hərəkət etmək lazımdır və buna öyrəşməliyik.
Bütün bunları nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsi rayonlara gedib-gələn sürücülər üçün animasiya filmi hazırlayıb. Film ötmə-manevr qaydalarını tam izah edir və burada sürücülərin yol verdiyi ənənəvi xətanı da görə biləcəksiniz. 2 dəqiqə 11 saniyənizi ayırıb bu videoya diqqətlə baxın. Ən azından, harasa sağ gedib, salamat qayıtmağınız üçün bu video həyatınızda dönüş yarada bilər.
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?











