RƏY: "Bakıda sıxlığın yaranmasında rayon avtomobillərinin rolu cüzidir"

Rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olmasına tətbiq edilən qaydanın heç bir hüquqi əsası yoxdur, üstəgəl bu məntiqsiz addımdır. Bildiyimiz qədər Azərbaycanın rayonlarında hərəkət edən avtomobillərin əksəriyyəti Bakı qeydiyyatındadır. Bununla əlaqədar Bakı şəhərində sıxlığın yaranmasında rayon qeydiyyatında olan avtomobillərin rolu çox cüzidir.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması üçün tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmaması üçün tətbiq edilən qaydanın qüvvədə qalmasını şərh edərkən bildirib.
Ərşad Hüseynov bildirib ki, lakin yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən qaydanın qüvvədə qalması effektiv bir addımdır: “Bununla bağlı dövlət başçısının da sərəncamı var. Sərəncamda qeyd olunur ki, icazə verilən maksimum kütləsi 5 tondan yuxarı yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət qoyulsun. Həmin avtomobillər səhər saat 08:00-dan 21:00-a qədər şəhərə daxil olmamalıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












