Sərnişindaşıma şirkətləri qanundan niyə qaçır? - VİDEO:

Qanuna əsasən marşrut avtobuslarında qəza nəticəsində zərər çəkənlər aldıqları zədənin təsirinə görə 5 min manatadək sığorta ödənişi almalıdırlar. Ancaq bu fəaliyyətlə məşğul olan şirkətlərin əksəriyyətinin fərdi qəza sığortası yoxdur. Bu sığortanın olmaması isə sərnişinlərin qəzaya düşdükləri zaman bütün növ kompensasiyadan kənarda qalması deməkdir.
Sərnişindaşımada fərdi qəza sığortası icbari, yəni məcburi qaydada olsa da bu fəaliyyətlə məşğul olanlar şirkətlərin əksəriyyəti hələ də qanunun tələbinə riayət etməməyə davam edirlər. Mütəxəssislər bildirir ki, qanunun tələbinə əsasən, yalnız sərnişinlərin fərdi qəza sığortası şəhadətnaməsi olan şirkətlərə bu fəaliyyəti göstərmək üçün lisenziya verilə bilər. Ancaq reallıq bundan ibarətdir ki, bir çox sərnişindaşıma şirkətləri hazırda fərdi qəza sığortası şəhadətnaməsi olmadan fəaliyyət göstərirlər. Sərnişinlər sərnişindaşıma şirkətlərinin fərdi icbari qəza sığortasından imtina etməsinə etiraz edirlər.
Mütəxəssislər bildirir ki, sərnişindaşıma şirkətləri fərdi qəza sığortasını seçməkdənsə xəsarət alan sərnişinlərin xəstəxana xərclərini ikitərəfli razılaşma ilə həll etməyə üstünlük verirlər. Halbuki bu sığortaya sahib olmaq qanunun məcburi tələbidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












