Sərxoş qadınlar yol polisi ilə belə “dava etdilər” - VİDEO

Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda sərxoş sürücülərə qarşı növbəti reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı 99 AX 134 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsünün sərxoş olmasından şübhələnən DYP əməkdaşları sürücüyə “saxla” əmri verib. Reyd zamanı məlum olub ki, “Kia Rio” markalı avtomobili idarə edən xanım sürücü və onun rəfiqəsi olan sərnişini sərxoş olub. Polis tərəfindən saxlanılan sərxoş xanımlar DYP əməkdaşları ilə mübahisə edib, öz tanışlarına zəng vuraraq məsələni yerində həll etməyə çalışıblar. Lakin yol polisləri sərxoş xanım sürücünü tibbi ekspertizaya, avtomobili isə cərimə meydançasına göndəriblər. Saxlanılan sürücü tibbi ekspertizadan keçirildikdən sonra barəsində hüquqi ölçü götürülüb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












