Sığortalı avtomobil hadisədən sonra harada təmir edilməlidir?

"Sığorta müqavilələrindəki sürprizlər" mövzusuna "Təmir şərtləri və Təmir emalatxanasının (servis mərkəzinin) seçilməsi " şərtlərinin izahı ilə davam edək. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, çox zaman, hətta sığortalı olmadığımız zamanlarda belə, avtomobilimizlə bağlı hər hansı təmir və ya xidmət ehtiyacımız yarananada etibar etdiyimiz ustalara və ya servis mərkəzlərinə üz tuturuq. Sığorta müqaviləsi bağladığımız zaman isə bu imkan əlimizdə olmaya bilər. Yəni, hadisə baş verdikdən sonra avtomobilimiz təmir edilmək üçün heç tanımadığımız servisə yönləndirilə bilər. Çünki, biz bu şərtlə müqavilə bağladığımız zaman RAZILAŞMIŞIQ! Ola bilsin bundan heç xəbərimiz belə olmayıb.
İndi isə bu sürprizlə qarşılaşmamaq üçün nə etməliyik???
Bilməliyik ki, avtomobil sığortası ilə bağlı AR Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü tarixli, #Q-20 -li qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinintam sığortası üzrə sığorta "qaydaları mövcuddur. Bu qaydalar bütün sığorta şirkətləri üçün eynidir və şirkətlərin bu qaydalardan kənar şərtlər təyin etmək hüquqları yoxdur.
Təmir şərtəri ilə bağlı həmin qaydaların 10-cu maddəsinə əsasən servis mərkəzini təyin edilməsi müqavilə bağlayarkən müəyyyən edilir və tərəflər buna razılıq verirlər. Yəni, əgər Siz hər hansı avtomobilinizin hansı servisdə təmir etdirmək niyyətindəsinizsə, bunu sığorta müqaviləsinə əlavə etdirməlisiniz. Bu zaman əgər hadisə baş verərsə sığorta şirkəti avtomobili həmin servisdə təmir etdirməlidir. Bundan başqa, Siz servis mərkəzinin adını müqaviləyə salmadan, bu seçim hüququnu öz üzərinizdə saxlaya bilərsiniz. Hadisədən sonra Siz harda istəsəniz avtomobil həmin servisdə də təmir ediləcəkdir.
Proses zamanı bir neçə məqam var ki, onlar da mütləq nəzə alınmalıdır:
1. Ola bilsin ki, avtomobiliniz hansısa rəsmi distribyutora aiddir və təmirində məhz həmin yerdə aparılmasını istəyirsiniz. Bu zaman sığorta şirkəti Sizdən müqavilə bağlayan zaman əlavə sığorta haqqı tələb edə bilər. Əlavə sığorta haqqı tələb etmək (könüllü sığortalarda) sığorta şirkətinin hüququ və müstəqil qərarıdır. Ola bilsin ki, sığorta şirkəti seçdiyiniz servislə razılaşmasın. Bu zaman Siz alternativ servis təklif edə və ya müqavilə bağlamaqdan imtina edə bilərsiniz.
2. Nəzərə almalısınız ki, hətta avtomobiliniz Sizin servisdə təmir olunsa belə, avtomobilinizi sığorta hadisəsi baş verməmişdən öncəki vəziyyətindən daha yaxşı vəziyyətə gətirilmə xərcləri sığortaçı tərəfindən ödənlməyə bilər. Tutaq ki, hadisədən qabaq avtomobilin hansısa hissəsi zadələnib və hadisəyə qədər təmir edilməyib. Bu zaman həmin hissənin təmiri çəkilən xərclər sığorta ödənişi zamanı nəzərə alınmayacaqdır. Bu həmin qaydaların 30.1.3 -cü bəndi ilə tənzimlənir.
Ümumiləşdirsək nəticə bu şəkildə alınır: Müqavilə bağlayanda Siz servisi seçirsiniz (və ya seçmə hüququnu öz üzərinizdə saxlayırsınız). Hadisə baş verəndən sonra avtomobiliniz həmin servisə aparılır. Zərər qiymətləndirilir. Həmin zərər aktına görə sığorta şirkəti Sizə və ya birbaşa servisə məbləği köçürür.
Təmirdən sonra da gedib avtomobilinizi götürüsünüz...ƏLAVƏ XƏRC ÇƏKMƏDƏN!!!
Ramin Məmmədov, sığorta eksperti
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











