Reklam

Şou göstərən avtobus sürücüsü ilə bağlı daha bir ŞOU – FOTOFAKT

Yazarlar 26 Avqust 2015 11:33 Oxunub 3277
Şou göstərən avtobus sürücüsü ilə bağlı daha bir ŞOU – FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Allahverdi Əkbərovin işdən çıxarıldığı bildirilir, amma sürücü ilə cəzalanan adam bir-birinə oxşamır

Bakıda 88 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yaymışdıq. Avtosfer.az videonu jurnalist Əzizə İsmayılovaya istinadən yaymışdı və bildirmişdik ki, avqustun 24-də, təxminən saat 18:30 radələrində 88 saylı avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: «Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq «zapravka» yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi.

Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı svetoforun yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu «görmədi» və «xəbərləri olmadı...».

Bu gün xəbər yayıldı ki, Bakıda yol polislərinin gözü qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün 88 saylı avtobusun sürücüsü işdən kənarlaşdırılıb. Bu barədə "Çinar Trans" MMC-nin direktoru Etibar Manafov baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisədən xəbər tutan kimi şəxsi təşəbbüsü ilə həmin avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb. Onun barəsində «Yol hərəkəti haqqında» qanunu pozduğu üçün cərimə yazılıb. Bundan sonra həmin sürücü işdən kənarlaşdırılıb.

Sürücü Allahverdi Əkbərov isə qaydanı yolda tıxac yarandığı üçün və qrafiki pozmaq istəmədiyi üçün pozduğunu deyib. 

Lakin təqdim olunan fotolara diqqətlə baxdıqda maraqlı məqamlar ortaya çıxır. Elə jurnalist Əzizə İsmayılova da bu barədə fikirlirini açıq yazıb: «Həmin şirkətdən mənimlə əlaqə saxlayıblar, sürücünün işdən azad olunduğunu və MMX radar borcları ilə bərabər, sürücülük vəsiqəsinin də şəklini göndəriblər. Məsələ burasındadır ki, sükan arxasında oturan adam heç də vəsiqədəkinə oxşamır. Siz diqqət yetirin, bəlkə mən səhv edirəm? Bundan əlavə, göndərilən cərimə kağızındakı nömrə də qətiyyən avtobusa aid deyil. Hansı ki, həmin ərazidə kameralar var... 4 YPX-ni heç hesaba almıram.

Əmri gözümlə görməyincə sürücünün həqiqətən işdən çıxarıldığı, yoxsa 1 xətdən başqasına transef olması haqda heç nə deyə bilməyəcəm. Onu da deyə bilməyəcəm ki, həm yaş, həm də görünüşcə fərqli olan adamlardan hansı əsl sürücüdür. Açıqlamada yolun tıxac olması göstərilir, amma onun yolu qətiyyən tıxac deyildi. Videonun tam variantında bu aydın görünür...

Bircə onu deyə bilərəm ki, məni sabah ora dəvət ediblər və həm iş prinsipləri, həm də avtobus parkı ilə tanış olmağı təklif ediblər. Qismət olsa, gedib məsələ ilə yerində tanış olacam və təbii ki, təfərrüatları şəkillərlə birgə paylaşacam...».

Maraqlısı odur ki, şirkət rəhbərliyi sürücünün cəzalandırıldığını bildirir, lakin sistemdə cərimənin yazılma tarixi qeyd olunsa da, bal görsənmir. Görünən bal isə 27 aprel 2015-ci ilə aiddir. Hansı ki, sürücünün bu videoda törətdiyi inzibati xətaların hər ikisində bal nəzərdə tutulur. Özü də apreldə yazılan cərimə və bal 10 VX 784 nömrəli avtomobilə aiddir. Sürücünün məlum videosundakı avtobusun nömrəsi isə 99 JX 759-dur. 

Belə məlum olur ki, cəzalandırılaraq işdən çıxarıldığı bildirilən sürücü heç 88 nömrəli xəttin sürücüsü deyil. Görünür, 88 saylı marşrutun rəhbərliyi də avtobus sürücüsü kimi şou göstərməyi yaxşı bacarır.

 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh