Sürücü təhlükəli sürərsə bu nömrəyə zəng vurun! - VİDEO

Nəqliyyat Nazirliyinin əməkdaşları paytaxtda avtobus sürücülərinə qarşı reyd keçirib. Reyd zamanı müxtəlif qayda pozuntularına görə 26 sərnişin avtobusu xəttən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Xezerxeber.com NİİM-in saytına istinadən xəbər verir ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin məsuliyyətlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə DANX-nin Bakı Regional şöbəsinin və "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin əməkdaşlarından ibarət operativ qruplar şəhərin müxtəlif ərazilərində ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş reydlər keçirilir. Dünəndən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlərə başlanılıb. Paytaxt ərazisində marşrut avtobusu sürücüləri haqqındakı çoxsaylı şikayətləri nəzərə alaraq avtobus sürücülərinin yol verdikləri qayda pozuntularına qarşı daha sərt cəza tədbirləri tətbiq ediləcək. Dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənardan avtobusdan enməsi üçün şərait yaradan avtobus sürücüsü ciddi şəkildə cəzalandırılacaq. Bu məqsədlə dayanacaqlarda və paytaxt yollarında avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək.
Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə, ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.
“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi xahiş edir.
Çünki sərnişindaşımada olan problemlərinin həllində və nəqliyyat sistemində xidmətin daha da təkmilləşdirilməsi və bu sahədə nöqsanları aradan qaldırmaq üçün tərəfimizdən aparılan inzibati metodlarla bərabər, ictimaiyyətin vətəndaşlıq mövqeyinə, bu sahədə dəstəyinə ehtiyac var. Xüsusilə, avtobus marşrut xətlərində sərnişindaşıma və hərəkətin təhlükəsizliyi ilə bağlı aşkar edilən nöqsan və çatışmazlığın aradan qaldırılması üçün ictimayyətin dəstəyi çox önəmlidir və bu sahədə rastlaşdığınız bütün neqativ hallar haqqında məlumat verməyinizi xahiş edirik.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












