Banner

Sürücülər dollar böhranından ziyansız ötüşmək üçün bunları bilməlidir – 7 qayda

Yazarlar 22 Dekabr 2015 18:11 Oxunub 3907
Sürücülər dollar böhranından ziyansız ötüşmək üçün bunları bilməlidir – 7 qayda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə dövr üçün 7 qızıl qayda var; ən önəmli məsələ isə daha intizamlı və diqqətli olmaqdır

Ciddi maddi-iqtisadi sıxıntılar yaşamağa başladığımız zamanda sürücü dostlara bəzi sadə məsləhətlərimiz var. Avtosfer.az hesab edir ki, bunlara riayət etsək, suyun üzündə qalmağa kömək edər. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun düşüncələrini sizlərlə bölüşürük:

1. Belə dövrdə ən önəmli məsələ daha intizamlı və diqqətli olmaqdır. Sürücünün 2 ən mənasız və lazımsız itkisi var: cərimə və qəza zamanı məruz qaladığı maddi ziyan. Bunların hər ikisinin çarəsi isə nizam-intizam, yüksək diqqət və qarşılıqlı hörmətdir. İntizamlı olsanız, qaydaları pozmasanız, DYP sizi cərimələməyəcək, cərimə cibinizdə qalacaq. Belə olduqda qəzaya düşmə riski də minimumdur, deməli, ziyanınız olmayacaq.

2. Lüzumsuz yerə avtomobilinizdən istifadə etməyin. Avtomobillə gedəcəyiniz yerləri saf-çürük edin, hər xırda şeyin dalınca maşın sürməyin. Unutmayın, avtomobil insan həyatının ayrılmaz hissəsi deyil. Onsuz yaşamaq, onunla yaşamaqdan rahatdır.

3. Əvvəlki məsləhətin məntiqi davamı olaraq ictimai nəqliyyata öyrənin, İnkişaf etmiş ölkələrdə bir neçə avtomobili olan milyonçu da məmnuniyyətlə ictimai nəqliyyatdan istifadə edir. Bu, çox gözəldir. Buna alışmaq lazımdır. Yadda saxlayın ki, həmişə ictimai nəqliyyatda gediş fərdi avtomobillə gedişdən ucuz olur.

4. Avtomobili idarə etmə stilinizi təkmilləşdirin. Sərt manevrlər, tez-tez sürətlənmə və tormozlanma yanacaq sərfiyyatını xeyli artırır, tormoz qəliblərinin ömrünü azaldır, mühərrik, transmissiya və başqa detal və aqreqatlar üçün də ziyanlıdır. Ən sonda isə bütün ziyanların əvəzi cibinizdən gedir.

5. Maddi sıxıntınız var deyə, avtomobilin cari təmir işlərini, vaxtaşırı qulluğu (yağdəyişmə və s.) təxirə salmayın, yaxud ucuzdur deyə zay detallardan, keyfiyyətsiz yanacaqdan istifadə etməyin. Sonunda bu, sizə daha ciddi ziyan vuracaq, nəinki hədəf aldığınız qənaət. Əgər maddi sıxıntı varsa, yaxşı olar ki, avtomobildən istifadəni minimuma endirin, yaxud, avtonuzu dincə qoyun ki, imkan olanda lazımi işləri edib, yenidən sürəsiniz.

6. Ailədə bir neçə avtomobil varsa, çalışın ki, hamı birindən istifadə etsin (işə birgə gedib-gəlmə), özü də ən az xərci olan avtodan istifadə edin və s.

Hər kəs necə qənaət edə biləcəyini özü daha yaxşı bilir. Sadəcə bir qədər diqqətli olmaq lazımdır və qənaətdə heç bir utandırıcı şey yoxdur. Yadda saxlayın ki, insanı ən böyük xərcə salan şeylərdən biri yekəxanalıqdır. Harınlıq isə insanı ümumiyyətlə tam müflis edə bilər.

7. Ən riskli məsələ ilə belə dövrdə sürücülərin sükan arxasında fikirli olmasıdır. Bu halda avtomobil idarə etmək olduqca təhlükəlidir. Çalışın, özünüzü yaxşı hiss etmədiyiniz dönəmlərdə, psixoloji gərginlik hiss etdiyiniz anlarda avtomobildən ümumiyyətlə istifadə etməyin. 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh