Sürücülərin nəzərinə: Qanuna dəyişiklik gözlənilir

Hələlik təkliflər hazırlanma mərhələsində olduğuna görə, qanuna dəyişiklik olub olmayacağı təkliflər əlimizdə olduqdan sonra müzakirə olunacaq. Ola bilsin ki, qanuna dəyişiklik olsun ola bilsin ki, yox.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov sürücülərin avtomobillərin icbari sığortasından yayınma hallarının aradan qaldırılması ilə bağlı qanuna dəyişlik nəzərdə tutulurmu sualına münasibət bildirərkən bildirib.
Onun sözlərinə görə, dəyişiklik olsa belə biz bunu sadəcə layihə kimi qaldıra bilərik.
Bundan əlavə, Bayramov qeyd edir ki, qanuna dəyişiklik olmasa belə, sürücülük ixtiyarı verən sənədlər içərisində icbari sığortanın vacib şərt kimi qoyulması bu nəzarətin qanuna dəyişiklik olmadan belə yüksək olduğunu göstərir.
Qeyd edək ki, müstəqil ekspertlər isə bildirir ki, məsələdən çıxış yolu kimi İnzibati Xətalar Məcəlləsinin müəyyən maddələrinə əlavə və düzəlişlər edilməlidir.
Xatırladaq ki, məsələ ilə əlaqədar bir müddət əvvəl Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinə tapşırılmişdi ki, komitə üzvləri tərəfindən qısa zamanda beynəlxalq təcrübə öyrənilməklə təkliflər hazırlanıb ASA-ya təqdim edilsin.
Məlumat üçün bildirək ki, ASA-nın 2015-ci ilin yanvar-may ayları üzrə hazırladığı son statistikaya görə, qeyri-həyat sığortası üzrə yığımların 20%-i və ya 30 milyon manatı avtomobillərin icbari sığortasının payına düşüb. Sığortanın bu növü üzrə ödənişlərin 26,1%-i və ya 12,9 milyon manatı avtomobillərin icbari sığortasının payına düşüb.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










