Sürücülərin radar kabusu; MMX-nı necə ödəməli?
Bəzən sürücülər törətdikləri inzibati xətanın cəriməsini ödəyə bilmirlər. Səbəb isə odur ki, həmin MMX protokolun nömrəsi üzrə sistemdə cərimə mövcud deyil. Məsələyə hüquqşunas Ramin Qurbanov aydınlıq gətirir:
«Sürücü radara düşürsə yəni törətdiyi inzibati xətanı xüsusi texniki vasitə qeydə alırsa onun barəsində MMX adlanan elektron protokol tərtib olunur. Bu elektron protokol və ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq DYP tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs DYP orqanına inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya qanunsuz olaraq istifadəsində olduğu, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxdığı barədə vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 429-6.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati xəta haqqında barəsində protokol tərtib edilmiş şəxs protokolda razılaşdıqda həmin protokol inzibati tənbeh vermə haqqında qərara çevrilir və həmin qərar əsasında sürücü heç bir çətinlik yaranmadan cəriməni ödəməlidir.
2014-cü ilin may ayında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu. Məcəllənin 429-2-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan tərəfindən çağırılmasının qadagan olunması nəzərdə tutulsa da, təcrübədə nədənsə yeni qaydalar tədbiq olunmur.Hesab edirəm ki, yeni qaydalara əsasən xüsusi texniki vasitələrin qeydə alındıgı qayda pozuntuları DYP tərəfindən dərhal sistemə yerləşdirilməlidir. Lakin törədilən inzibati xətalar barədə məlumatın DYP-nin mərkəzi informasiya sisteminə vaxtında yerləşdirilməməsi sürücülərin elektron protokol üzrə cərimələri bank, poçt və ya digər ödəmə məntəqələrində ödəmək imkanından məhrum edilməsinə səbəb olur. İnzibati xəta törənməsi haqqında məlumatın DYP sistemində görünməməsi sürücünü cərimə ödəməkdən azad etmir. Sürücülərə tövsiyyəmiz ondan ibarətdir ki, MMX elektron protokolda qeyd olunan inzibati xətanın mövcudlugu ilə razıdırsa sistemdə görünməyən cərimə barədə DYP orqanına məlumat versin.
Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə imzaladıgı fərmanına əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini “Asan ödəniş” sisteminin həyata keçirilməsinə başlanılıb. Ümid edirik ki, yeni sistem MMX adlanan elektron protokollar barəsində də sürücülərin məlumatlandırılmasını təmin edəcək və bu sahədə yaranmış olan xoşagəlməz halların qarşısını alacaq».
xia.az