“Sürücümü işdən çıxararam, qalarsan yaman günə...”

...Qara kostyumunu, ağ köynəyini geyindi, qırmızı, xal - xal qalstukunu bağladı, üzünü pudraladı, bahalı odekolonunu yaxasına fısıldatdı, sonra gedib dayandı dairəvi güzgünün qabağında. Baxdı, baxdı...özünə vuruldu. Saçını gah sağa, gah da sola daradı. Əlini yuxarı qaldıranda qolundakı bahalı saata gözü sataşdı. Tez onu çıxarıb ayrı, ucuz saat bağladı. Hər ehtimala qarşı barmağındakı antikvar üzüyü də şıxarıb arvadını səslədi:
-- Al bu üzüyü, daş-qaş qutusuna qoy. Günortadan sonra prezidentin müşavirəsinə gedəcəyəm... Birdən gözü sataşar, pis vəziyyətdə qalaram...
... Evdən çıxmaq istədi, sonra nəsə fikirləşib yenidən güzgünün qabağına qayıtdı. Baxdı, baxdı...gülümsündü. Baxdı, baxdı...ciddi görkəm aldı. Baxdı, baxdı...özünə bir göz vurub yenidən arvadını səslədi:
-- Arvad, sənin bu güzgün deyəsən yenə xarab olub. Ha baxıram, məni nazir kimi göstərmir. İstəyirəm ciddi, zəhmli görünüm, bambılıya oxşayıram...
-- Yəqin, batareyası qurtarıb, dəyişərsən, düz göstərər...
-- Kəs aaz, get, hələ də Beynəlxalq Banka yüz milyon kredit borcunu qaytara bilməyən dədəni dola. Güzgünün də batareyası olar?..
-- Sən öz dədənnən danış, kənddə qonşu arvadlarını özünə siğə eləyib kef çəkən Məşədi Səlimin oğlu deyilsən? Saxta diplomla özünü nazir təyin elətdirən bir adamı güzgü necə göstərməlidi ki? Əlbəttə, bambılı kimi...
-- Bilirəm, o gün ananın on rəfiqəsi ilə birgə Antalyaya getməsi üçün səksən min pul istədin, vermədim, indi onun hayıfını çıxırsan...Bax, mən də çox şey bilirəm, amma üstünü vurmuram...
-- Xox! Qorxdum səndən!..Evdar qadınam, oturmuşam evdə...Sənin kimi rüşvət alan deyiləm, dövlət malına xəyanət eləyən deiləm. Neyləyə bilərsən mənə?
-- Ağıllı ol, iki gözüm, bu güzgü elə səni də mənim kimi göstərir. Mən dövlət malına xəyanət eləyirəm, sən də mənə. Deyirsən neyləyə bilərəm sənə? Sənə heç nə... Amma özünü pis aparsan, bax belə ağzına gələni danışsan, sürücümü işdən çıxararam, qalarsan yaman günə...
Məzahir Süleymanzadə,
publisist-jurnalist
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












