Vəhşi təbiətin yaratdığı insanlar tıxacı belə yaradır - FOTOLAR

Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında günün bütün saatlarında tıxac və sıxlıq olur. Səbəb isə nə qədər qəribə olsa da avtomobillər deyil. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, prospektin həmin hissəsində piyadalar üçün keçid var. İlk baxışda normal haldır. Çünki piyada zolaqları (“zebra”lar) hərəkətin təhlükəsizliyi və rasional şəkildə tənzimlənməsi baxımından çox vacibdir. Amma yolun sözügedən hissəsində bu zolaqlar hərəkətə mane olur. Nəticədə uzun tıxaclar yaranır. Belə ki, yol hərəkəti qaydalarına əsasən avtomobillər burada günün bütün saatlarında piyadalara yol verməyə məcburdur. Bura isə şəhərin mərkəzidir. Metronun çıxışına yaxındır. Bu üzdən orada günün demək olar ki, 12-13 saatı izdiham olur. Avtomobillər piyadaları bəzən yarım saat, hətta daha çox gözləməyə məcburdur. Səbri çatmayan sürücülər isə bəzən gözləmir ki, bu da daha böyük təhlükə mənbəyidir. Adıçəkilən yerdə nə yeraltı keçid, nə də işıqfor var.
Bəs burada işıqfor qoyulması mümkündürmü? Bu, daha düüzgün olmazdımı? Sayt bu sualı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevə ünvanlayıb. K.Əliyev sayta açıqlamasında bildirdi ki, Azadlıq prospektinin “28 Mall” ticarət və əyləncə mərkəzinə yaxın hissəsində işıqfor quraşdırılması ilə bağlı təkliflər planı hazırlanıb: «Biz sırf həmin yerlə bağlı təklif hazırlamışıq. Orada tezliklə dəyişiklik olacaq. Nəzərdə tutulub ki, piyadalar üçün işıqfor quraşdırılsın. O ərazidə piyadaların çoxluğu nəqliyyatın hərəkətində problem yaradır və sıxlığa səbəb olur».
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...














