''Vətəndaş sürücülük vəsiqəsini necə alırsa, yolda da özünü o cür aparır''

Bayram günlərində və bayramdan 1-2 gün sonra qəzaların sayında artım müşahidə olunur. Bəzi qəzalar yüngül olsa da, bəzilərində ağır yaralılar hətta dünyasını dəyişənlər də olur. Hadisələrin də məhz bayram günlərində baş verməsi təbii ki, ürəkaçan deyil. Ekspert Elməddin Muradlı azadxeber.az-a qəzaların bu günlərdə nə səbəbdən baş verməsindən və sözügedən problemin həlli yollarından danışıb. E.Muradlı sözlərinə görə, bunun qarşısını almağın tək yolu insanların təfəkkürü dəyişməlidir: "Bayramda insanlar istirahət etmək üçün rayonlara üz tuturlar. Hərə bir məqsədə rayona üz tutur. Bəziləri də öz elinə-obasına gedir. Rayonda qalanlar da Bakıya gəzməyə, qohum-əqrabanı təbrik etməyə gəlirlər. Bunlar olmalıdır və təbiidir. Amma insanların yol hərəkətı qaydalarına adi yanaşması bizi təəccübləndirir. Bəzilərinə elə gəlir ki, qaydalar olmasa da maşın sürmək olar. Amma bu düzgün deyil. Maşın xüsusi riskli bir vasitədir. Burada həyat hər an təhlükədədir. İş o deyil ki, qəza törədəsən. Maşını harasa vurasan. Maşın texnikadı, getdiyin yerdə nasazlıq baş verərsə ölümlə üz-üzə qalacaqsan. Ona görə də, maşına qulluqdan tutmuş yol hərəkəti qaydalarına qədər hamısı bir sistem şəklində sürücü üçün önəmli olmalıdır".
Ekspert bildirib ki, insanlar özlərinin və başqalarının həyatına adi yanaşmamalıdır: "Bəziləri belə düşünür ki, o heç vaxt qəzaya düşməz. Amma bu belə deyil. Çünki özündənrazılıq və başqa hisslər onu qəzaya salır. Hamı qaydalara əməl etsə inanın ki, heç bir qəza baş vermez. Biz deyə bilmərik ki, yol polisi bayram günləri yollara tökülüb camaatı bir-bir saxlayıb başa salsın ki, qaydanı pozma. İş orasındadır ki, yol polisi sürücüyə yalnız qayda pozandan sonra yaxınlaşa bilər. O zaman biz özümüz qaydalara əməl edib qəzaya da düşməməliyik. Amma o başqa məsələdir ki, yol polisindən sürücülük vəsiqəsi alan hər kəs həqiqi sürücüdür ya yox? Bax bu məsələyə yol polisi diqqət etməlidir. Bir gün gedib DYP-nin qarşısında dayanaq, oradan çıxan və yeni sürücülük vəsiqəsi alan birinə yaxınlaşıb yol hərəkəti qaydaları ilə bağlı sual verək, maşını verək ki, biraz sürsün. Baxın görün hansı mənzərəyə şahid olacağıq. Sistemli olaraq hər bir məsələyə diqqətlə yanaşmaq lazımdır. Savadı olmayan biri sürücülük vəsiqəsini necə alırsa, yolda da özünü o cür aparır, elə bilir ki, harada necə gəldi hərəkət etmək olar.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










