Vətəndaşlar AZAL-ı boykot edir – “Uçan” qiymətlərə BAHALI ETİRAZ

Son günlər Azərbaycan Hava Yollarındakı (AZAL) qiymətlərin baha olması ilə bağlı vətəndaşların şikayətləri artıb. Sosial şəbəkələrdə bu şirkəti boykot etmək çağırışları səslənilir. Avtosfer.az-ın aznews.az-a istinadən məlumatına görə, artıq xeyli adam bu şirkətin xitmətlərindən imtina etmələri barədə statuslar paylaşıblar. Onlar əlavə əziyyət olsa da, səyahət etmək istədiyi ölkəyə bundan sonra Gürcüstandan uçacaqlarını bildiriblər. Bunun üçün vətəndaşlar qatarla Tiflisə gedib oradan üçüncü ölkəyə üz tuturlar. Bu, xaricə getmək istəyən vətəndaşlara daha ucuz başa gəlir.
Məsələn, Almaniyaya Bakıdan uçuş qiyməti 730 manatdan bahadır. Gürcüstandan isə təxminən 400 manat. Almaniyaya səfər etmək istəyən şəxs qatarla (28 manat) gedib Tiflisdən bilet alsa, bu ona 302 manat daha ucuz başa gələcək.
Təkcə bu müqayisə AZAL-dakı qiymətlərin nə qədər yüksək olduğunu göstərir. Bundan əlavə, qiymətlərin yüksək olmasına baxmayaraq, təyyarədə verilən yeməklərin də keyfiyyətindən narazıdırlar.
Bunlarla yanaşı bir neçə gündür ki, AZAL online bilet satışını da dayandırıb. Sərnişinlər artıq bir müddət əvvəl start verilən bu xidmətdən istifadə edə bilmir. AZAL isə xidməti dayandırması ilə bağlı xəbərdarlıq etməməsindən əlavə, niyə dayandırmasının səbəbləri barədə hələ də susur.
Dövlət Sərhəd Xidmətindən əldə etdiyimiz məlumata görə, son günlər məhz Gürcüstan Hava Yollarında başqa ölkəyə uçmaq üçün Tiflisə gedənlərin sayı 10 dəfələrlə artıb.
Qeyd edək ki, AZAL-dakı qiymətlərlə bağlı hökumət səviyyəsində bir neçə dəfə müzakirələr aparılıb. Ancaq təəssüf ki, qiymətlər düşmək əvəzində qalxmaqda davam edir.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











