Xırdalanda gülməli yol nişanı; bunları birgə tətbiq etmək olmaz - FOTO

Bu şəkil Xırdalan şəhərinin mərkəzi küçəsində çəkilib. Şəkildəki 1-ci (üstdəki nişanı) hamı yaxşı tanıyır: bu, 3.27 - “Dayanmaq qadağandır” nişanıdır. Aşağıdakı nişan isə 7.3.3 “Qüvvədə olma istiqaməti” lövhəciyidir. Avtosfer.az-ın məlumatına görə, qanunvericiliyin tələbinə əsasən, 7.3.3 lövhəciyi yalnız dörd yolun əmələ gətirdiyi yolayrıcının qarşısında 3.2-3.9 qadağan nişanları ilə birlikdə tətbiq oluna bilər. 7.3.3 nişanının yolayrıcı qarşısında 3.2-3.9 nişanlarından biri ilə tətbiq edilməsi o deməkdir ki, bu yolayrıcından həm sağa, həm də sola dönən yola müvafiq qadağan nişanının qüvvəsi şamil olunur. Məsələn, mətnə əlavə olunan 2-ci şəkildə 3.2 və 7.3.3 lövhəciyi birgə tətbiq olunub. Bu o deməkdir ki, həmin yolayrıcında nəqliyyat vasitələrinin sağa və sola hərəkəti qadağandır. Lakin Xırdalan şəhərində çəkilmiş şəkildə 7.3.3 lövhəciyinin yolun ortasında ayırıcı zolaqda geriyə və sola dönmə yerindən sonra qoyulduğunu görürük. Bu vəziyyət yol nişanlarının tətbiqi qaydalarına zidd olmaqla yanaşı, məntiqə də uyğun deyil. Yəqin ki, həmin nişanları qoyanlar bu yolun həm sağ tərəfində, həm də sol tərəfində dayanmanın qadağan olunduğunu demək istəyirlər. Amma həmin yolun sol tərəfində dayanmaq onsuz da kobud qayda pozuntusu olacaqdır, çünki bunun üçün ayırıcı zolağın sol tərəfi ilə əks istiqamətdə hərəkət etmək lazımdır (buna görə 100 manat cərimə və 4 bal nəzərdə tutulur). Əks tərəfdən gələnlər isə onsuz da bu nişanı görmürlər. Həmin yerdə hər iki tərəfdə dayanma və durmanı qadağan etmək üçün 3.27 nişanını hər iki tərəfdə adi qaydada qoymaq lazımdır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













