Banner

"Yol çəkilişində iki səhvimiz oldu" - CAVİD QURBANOV

Yazarlar 13 Fevral 2015 16:44 Oxunub 3714
"Yol çəkilişində iki səhvimiz oldu" - CAVİD QURBANOV
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bakı-Quba yolunun çəkilməsində bizim səhvlərimiz olub. Bunu boynumuza almalıyıq"

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəryolservis" ASC-nin keçmiş, "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni sədri Cavid Qurbanov bildirib: "Birincisi, texnikaya düzgün əməl olunmayıb. İkincisi, ağır tonnajlı maşınların yükgötürmə qabiliyyəti normalarına riaəyət edilməyib. Bunları etiraf edirik. Hazırda Azərbaycanda 35 mindən çox ağır yük daşıyan maşınlar var. Heç kəsi başa salmaq olmur ki, maşınlara bu qədər yük vurmayın. Bu, sosial məsələdir. Bunun qarşısını alanda məsələ daha da böyüyür. Dünyada, o cümlədən, Azərbaycan yollarında avtomobillərin maksimum yükgötürmə qabiliyyəti 12 ton nəzərdə tutulub. Amma bizdə reallıqda maşınlar 30 tondan çox yük aparırlar. Hər gün Azərbaycanda minlərlə "Shagman" normadan iki dəfə artıq yük daşıyır. Onları başa salmaq olmur ki, bu yol sənin yolundur, onu özün qorumalısan". C.Qurbanov qeyd edib ki, bəzən insanları başa düşmək olmur: "İnsanlar Azərbaycanın 10 il əvvəlki yollarını unudurlar. Əvvəllər Bakıdan Kürdəmirə 6 saata getmək olurdusa, indi 2 saata həmin yolu qət etmək olur. Hər şeyin ideal olduğunu demirik. Xüsusilə, Bakı-Quba-Rusiya sərhədi yolunun çəkilişində keyfiyyətlə bağlı problem olub. Dünyanın heç bir yerində yüz faiz keyfiyyətli yol yoxdur. Ən yaxşı halda 90 faiz olur keyfiyyət. 10 faiz nöqsan olması normaldır. Getdikcə yol çəkilişində keyfiyyət artırılır. Azərbaycan gənc dövlətdir, təcrübəmiz azdır. Yavaş-yavaş təcrübəmiz də artır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ural Permyak 10 Noyabr 2014 22:55
Heç 10 -də keyfiyyət yoxdur. İpək yolu Kəpək yoluna oxşayır, hər gün təmir olunur. Hələ vaxta var, Azərbaycanın budcə pulu qurtarandan sonra hər şey qaydasına düşəcək.