Yol polisdən "həyəcan siqnalı" – Qəzalarda 13 uşaq ölüb

Cari ilin 6 ayı ərzində paytaxtda azyaşlılarla bağlı 37 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 uşaq dünyasını dəyişib, 31 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, azyaşlılarla bağlı baş vermiş 9 hadisədə 5 məktəbəqədər yaşlı uşaq həlak olub, 6 məktəbəqədər yaşlı uşaq isə yaralanıb: "Məktəblilərin iştirakı ilə baş vermiş 28 yol qəzası zamanı 8 şagird həlak olub, 25 nəfər isə müxtəlif xəsarətlər alıb".
V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı stabil qalsa da, həlak olanların sayı 4 nəfər, yaralananların sayı isə 2 nəfər artıb: “Azyaşlılarla əlaqədar qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, bu, “həyəcan siqnalı”nın verilməsi deməkdir”.
Qeyd edək ki, 2015-ci ilin ilk yarısı ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












