Yol polisi deputata ucuz taksidən istifadə etməyi məsləhət gördü

Parlamentin son iclasında deputat Musa Quliyev rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılması ilə bağlı yeni qaydaların tətbiqini təklif edib. O bildirib ki, avtomobillərin Bakıya buraxılmaması kiminsə korporativ maraqlarına kömək edəcək: “Amma bizim rayon camaatının çoxu burada əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz”. Deputat deyib ki, rayondan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir: “Rayondan gələn taksi sürücüləri artıq bunun həlli yolunu tapıb. Lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Yaxşı olardı ki, bu vəsait dövlət büdcəsinə ödənilsin. Bəzi məmurlarımız və hətta millət vəkillərinin avtomobilləri rayon qeydiyyatındadır və Bakıya gəlməkdə problem yaranır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalı və deyilən nöqsanlar aradan qaldırılmalıdır”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı Modern.az saytına açıqlama verib. O deyib ki, şəhərin girəcəyindəki duracaqlarda taksilərin fəaliyyət göstərməsi üçün bütün şərait yaradılıb: “Dövlət yol polisi lisenziya vermək səlahiyyətində deyil. İnzibati Xətalar Məcəlləsində qeyd olunan məsələlər üzrə 389 saylı fərmana dəyişikliklər olundu. İnzibati xətalar üzrə nəzərdə tutulan bəzi qayda pozuntuları üzrə baxılma səlahiyyəti Daxili İşlər Nazirliyinə verildi. Lisenziyalı avtomobillərə nəzarət funksiyası Daxili İşlər Nazirliyinə, lisenziyanın özünün verilməsi “ASAN xidmət”ə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunub”.
Kamran Əliyev bildirib ki, şəhərin girəcəyindəki duracaqlarda fəaliyyət göstərən taksilər daha ucuz qiymətə xidmət göstərir: “Onsuz da bu gün kimsə şəhərdəki evindən çıxıb yaxınlıqdakı taksiyə minərək rayona gedə bilməz. Çünki həmin taksilər şəhər daxilində fəaliyyət göstərir. Əvvəllər rayona işləyən taksilər müəyyən ərazidə toplanırdı. İndi rayona işləyən taksilər üçün şəhərin girəcəyindəki duracaqlarda şərait yaradılıb. Şəxs istər taksi, istərsə də ictimai nəqliyyat vasitəsilə duracağa gələrək burada fəaliyyət göstərən taksilərdən istifadə etməklə daha ucuz qiymətə istədikləri ünvana gedə bilərlər”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










