Yol polisi icra başçısının oğlunu saxlayıb? – 15 sutka söhbəti

Bu gün bir sıra Kütləvi İnformasiya Vasitəsində Zərdabın icra başçısı Lütfəli Babayevin oğlunun Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbərlər yayılıb. Həmin məlumatlara görə, icra başçısı 15 sutka inzibati cəza verilən övladını azad etmək üçün külli-miqdarda pul ödəyib. Lütfəli Babayev məsələ ilə bağlı “qafqazinfo”ya açıqlama verib. İcra başçısı bütün bu xəbərləri cəfəngiyat adlandırıb: “Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır...”.
Xəbərdə Lütfəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub. Bu iddialara isə icra başçısı belə cavab verib: “Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












