Yol polisi və rayon maşınları – FOTO - VİDEO

"Bu gün rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağanın tətbiqindən 20 gün keçir. KİV-də qadağanın tətbiqi barədə mütəmadi məlumat verilsə də, hər gün 1000-dən artıq rayon qeydiyyatı olan avtomobilləri ya geri qaytarırıq, ya da müvəqqəti dayanacağa yerləşdiririk". Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı-Quba yolunun 20-ci kilometrliyində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti inspektoru Tusi Bayramzadə bildirib.
DYP əməkdaşı qeyd edib ki, rayon qeydiyyatında olan avtomobilləri idarə edən sürücüləri saxladıqda bəzən sənəd əvəzinə telefon çıxarırlar: "Gün ərzində buradan 5 000 avtomobil keçir ki, bunun da 1 000-ə yaxını rayon qeydiyyatında olan avtomobillərdir. Hər gün müxtəlif hadisələrlə qarşılaşırıq. Sənəd tələb edəndə telefon çıxaranlar da olur, qanunu izah edirsən, başlayır mübahisə etməyə".
BDYPİ-nin Dövlət Yol Polisi Alayının rəisi müavini, polis polkovnik-leytenantı Qüdrət Məmmədov "Report"a bildirib ki, əvvəlki günlərlə müqayisədə rayon qeydiyyatında olan nəqliyyat vasitələri ilə paytaxta gələnlərin sayında azalma müşahidə olunur: "Artıq bir çox sürücülərə məlumdur ki, rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə girişinə səhər saat 07.00-dan 21:00-a qədər məhdudiyyət qoyulub. Buna görə də rayon qeydiyyatında olan avtomobillərlə Bakıya gələnlərin sayı azalıb".
Qeyd edək ki, paytaxtın hər iki girişində səhər saat 7-dən axşam saat 21:00-dək xidmət aparılır. Rayon maşınlarının saxlanılması üçün nəzərdə tutulan duracaqda sürücülərin öz maşınlarını təhlükəsiz və ödənişsiz saxlamaları üçün şərait yaradılıb.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?




















