Yol polisindən rayona gedənlərə aid dəyərli VİDEO – Baxmamış getməyin!

Yazın sonları, yay və payızın əvvələrində yollarımızda qəzaların sayında artım müşahidə olunur. Avtosfer.az bildirir ki, paytaxt Bakıdan fərqli olaraq, bölgələrdə, magistral yollarda daha çox qəza baş verir. Bu da sürücülərin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi ilə bağlıdır. Xüsusən də gecə vaxtı yola çıxanlar daha çox qəza törədir ki, bu da həm təcrübəsiz sürücülərin, həm də tələsənlərin günahını üzə çıxarmış olur.
Onu da qeyd etmək lazımdır ki, gecələr adətən kəndlərdən, rayonlardan şəhərlərə meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları daşıyan sürücülərin məsuliyyətsizliyi ağır qəzalara səbəb olur. Sükan arxasında yuxulamaq bunun ən birinci və ən təhlükəli göstəricisidir.
Məlum məsələdir ki, bölgələrə uzanan yollarımız tam işıqlandırılmır. Üstəlik, bəzi yollarımız bir hissədən, iki əks zolaqdan ibarətdir ki, bu da ötmə zamanı böyük təhlükə yaradır. DİN Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı animasiya filmində də məhz bu və digər məqamlara toxunulur. Yollardakı sürət həddi, sərt döngələrdəki manevrlər, ötmə əməliyyatı və digər məsələlər bu videoda izahlı şəkildə əksini tapıb. Əgər rayonlara istirahətə gedərkən sağ-salamaq mənzil başına çatıb, sağ-salamat geri qayıtmaq istəyirsinizsə bu görüntələrə diqqətlə baxıb əməl etmək lazımdır.
Məlum məsələdir ki, Azərbaycanın yerləşdiyi coğrafi ərazidə dağlıq və dağətəyi bölgələr çoxdur. Bu səbəbdən də yollarımız da enişli-yoxuşlu, sərt döngələrlə zəngindir. Son illər baş verən qəzaların əksəriyyətinə də məhz dönmə və ötmə-manevr qaydalarının pozulması səbəb olur.
Məmləkətimizdə sürücülərin əksəriyyəti ötmə-manevr qaydası anlayışından xəbərsizdir və ya, bu qaydalara əməl etmirlər. Məsələn, bölgələrə gedərkən ötməni qadağan edən nişanın təsir zonasında ötmə əməliyyatı aparan yüzlərlə sürücü görmək olar. Onlar yəqin ki, özlərini başqalarından ağıllı sayırlar. Amma sərt döngədə, enişli-yoxuşlu yolda ötmə əməliyyatı aparmaq özünü ölümə aparmaq kimi bir şeydir. Belə əməlin enişi var, yoxuşu yoxdur. Burada bəzilərinin bəxti gətirir, bəziləri isə bu cür kobud qayda pozuntusunun bədəlini canı ilə, ömürlük şikəst qalmaqla ödəyir.
Odur ki, əziz dostlar, gəlin, 3 dəqiqə vaxtımızı ayırıb bu videonu diqqətlə izləyək və qaydalara əməl edək. Məlum məsələdir ki, bölgələrə istirahətə və digər məqsədlərlə gedirkən nadir hallarda tək yola çıxırıq. Maşında sürücüdən başqa ən azı 2 nəfər də olur. Özümüzlə yanaşı, başqalarının da həyatını təhlükəyə atmayaq.
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












