Banner

Yol polisindən şikayət edənlər bu nömrəyə zəng edir; protokol ləğv olunur

Yazarlar 27 Oktyabr 2015 14:22 Oxunub 25813
Yol polisindən şikayət edənlər bu nömrəyə zəng edir; protokol ləğv olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin 902 nömrəsinə zəng edib cavabsız qalanlara xəbər var - Kamran Əliyevdən açıqlama

«Baş Dövlət Yol Polisi İdarəsinin 902 nömrəli qaynar xəttinə gün ərzində 120-160 arası müraciət daxil olur. Onlardan da 3-5 müraciət şikayət xarakterli olur». Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, edilən şikayətlərlə bağlı müvafiq tədbirlər görülür. Digər müraciətlər isə əsasən məlumat xarakterli müraciətlər olur: «Kimsə ya qanunvericiliklə, ya da protokolla bağlı nəsə soruşur. Yəni, sorğu xarakterli müraciətlər daha çox olur».

Vətəndaşların 902 xidmətinin telefonlarının tez-tez məşğul olduğu barədə fikirləri ilə razılaşdığını deyən Kamran Əliyev bildirib ki, burada vətəndaşların müraciəti tam öyrənilir və həll edilir. Buna görə də vaxt uzanır: «Vətəndaşlar bəzən 902 xidməti ilə 102 xidmətini səhv salırlar. 102 xidmətində vətəndaşla uzağı 1 dəqiqə danışıb harasa yönləndirirlər. Amma 902-yə zəng edən şəxsə bizim əməkdaşımız bütün məsələləri başa salmalıdır, sona qədər izah etməlidir. Ola bilər ki, hansısa vətəndaşın müraciəti ilə bağlı bizim əməkdaş məsələni yerindəcə həll edir, həmin ərazi ilə danışır, məsələni aydınlaşdırır və vətəndaşa cavab verir. Bu da bəzən 10-15 dəqiqə vaxt aparır. Ona görə də, biz ora nə qədər əməkdaş cəlb etməliyik ki, eyni vaxtda hamının zənginə cavab versin?».

Kamran Əliyevin sözlərinə görə, hazırda 902 xidmətində zənglərə cavab verən əməkdaşların sayının artarılması nəzərdə tutulmur: «Hazırda 902 xidmətinə Baş İdarənin bütün şöbələrindən əməkdaşlar cəlb olunub. Amma onların istirahətini də düşünmək lazımdır. Çünki 24 saat xidmət aparan insan istirahət də etməlidir. Bizdə o qədər işçi yoxdur ki, hər gün 902 xidmətinə 6-7 əməkdaş cəlb edək».

Şöbə rəisi bildirib ki, sürücülərin 902 xidmətinə və DYP-nin özünə ərizə ilə edilən müracaiətləri əsasında yol polisinin qanunazidd hərəkətləri ilə bağlı təsdiqini tapan məsələlər də var: «Belə müraciətlər araşdırılır və təsdiqini tapdığı təqdirdə yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunur, sürücülər barəsində tərtib olunmuş protokollara isə xitam verilir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Cəlilov ferhad Rafiq oğlu 5 Noyabr 2025 10:27
Salam Ayın 2de İnşaatçılar metrosu samsung qabâginda.. Park edildiyim halda Radar gəlib.. 99zv762 Park 10042 Yoxlayın zəhmət olmasa
Rasim 3 Noyabr 2025 14:01
Salam. Məlumat üçün bildirirəm ki, 31 oktyabr tarixində Yevlax-Xocalı yolunun 14-cü km. stasionar postun girişində yol polisi əməkdaşı tərəfindən saxlanmışam və mənə mənasız irad bildirilmişdir. Guya mən manevr qaydasını pozmuşam ( post ərazisində 2 nəqliyyat vasitəsi məni ötüb keçib). Polis əməkdaşı (?) özünü təqdim etmədən heç bir əsas olmadan kobud şəkildə mənə irad bildirdi, İPX 7551558 nömrəli protokol yazdı və mənə göndərdi. Mən ona bildirdim ki, deyəsən Sizi kimsə əsəbləşdirib, niyə belə aqressivsiniz? O polis işçisinə yaraşmayan tərzdə üzünü çevirib getdi. Mənə göndərilən protokolda nə şəkil var, nə də video. Yəqin ki, bizim danışığımızın səs yazısı da yoxdur, əks halda bir qədər nəzakətli davranardı. Sizdən Xahiş eirəm, qeyd olunan hadisənin video yazısını araşdırasınız və müvafiq tədbir görəsiniz. İstərdim ki, araşdırmaların nəticəsi barədə mən məlumat verəsiniz. Günahım varsa, cəriməmi 10 qat ödəməyə hazıram. Heç kəs unutmalalıdır ki, Polis dövlətimizin dayağıdır, onun adına ləkə gətirməyə heç kəsin haqqı yoxdur.
Əhmədov Namiq Adil oğlu 18 Oktyabr 2025 14:11
Salam mən birdəfə 15.09.2025 çox ildə Formula vaxtı yol polisinin göstərişi ilə yolun boşaldılması ilə əlaqədar olaraq aftobuz xəttinə girmişəm sonra mənə cərimə gəlib EQ30705918 pratakol nömrəsi məndə .mən şəhər yol polis idarəsinə gedib şikayət edim polis nümayəndəsi ilə Vidio görüntüyə baxdıq və cərimə səhf göndərildiyi üçün ərizə yazdım .hələki bir tədbir görülməyib xahiş edirəm silinməsi üçün köməklik göstərəsiniz
Haci 29 İyun 2025 01:06
Salam
tebriz 4 Aprel 2025 19:28
sumqayit
Səməd 15 Mart 2025 17:31
Salam. 15.03.2025. YPX meni maşında olduğum halda özümü piss hiss edib dayandığım ve avarönunu qoyduğum halda yaxınlaşıb senetlerimi teqdim etdim və mene 346.4 maddesi ile cerme yazdılar. Xaiş edirem buna baxasız. 346.4 sürücü sükan arxasında olduğu halda yazıla bilmez.
İsa Ağayev 29 Mart 2019 17:24
Salam. 28.03.2019-cu il tarixdə Biləsuvar rayonu ərazisindən Çaylı kəndi istiqamətində 90-PD-843 dövlət nömrə nişanlı Niva markalı avtomobillə hərəkət edərkən qarşımda yolun sağ tərəfindən yoldan tamamən çıxaraq 10 km saatla qırmızı rəngli VAZ 2106 markalı maşın var idi. Maşın xarici görünüşündən istifadəyə tam yararsız görünürdü. İşiqları da yarımçıq yanırdı. Mən hərəkət zolağını dəyişmədən 40 km saatla həmin maşının yanından keçdim. Bundan sonra yol patrul xidmətinin əməkdaşı Əsgərov Qasid Rəşid oğlu maşını saxlamağı tələb etdi. Polis əməkdaşı əvvəlcə məndən sənədləri tələb etdi. Sənədlər tam qaydasında idi. Bunu görən polis əməkdaşı əvvəlcə mənə qarşı zolağa çıxaraq ötmə əməliyyatı etdiyimi və bunun kamera qeydinin də oluğunu bildirdi. Mən polis əməkdaşından zolağı pozmadan öz yolumla hərəkət etdiyimi, sürət həddi 60 km saat olduğu halda 40 km saatla getdiyimi bildirdim. Bundan sonra polis mənə dedi ki, sən hərəkət zolağını keçmədən ötmə etmisən. Onu da qeyd edim ki, polisə bunu sübut edən heç bir foto və ya video yox idi. Əvvəlcə mənə video çəkilişin olduğunu bildirsə də sonra çəkilişin olmadığını bildirdi. Bundan başqa Əsgərov Qasid əvvəlcə mənim qarşı zolaqla hərəkət etdiymi iddia etdiyi halda sonradan öz zolağımla hərəkət etdiymi bildirdi. İXP 2463591 saylı bildirişlə mənə protokol yazıldığı haqda məlumat gəldi. Polis əməkdaşı Qasid Əsgərovun əsassız və qeyri-qanuni hərəkəti və mənə yazdığı protokolun ləğv edilməsi hansı tədbiri görə bilərəm