Reklam

Yol polisinin baykerlərə qarşı kəskin mübarizəsinə səbəb olan ÖZƏL VİDEO

Yazarlar 30 Avqust 2015 02:29 Oxunub 5156
Yol polisinin baykerlərə qarşı kəskin mübarizəsinə səbəb olan ÖZƏL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin üstünə motosiklet sürmək, qırmızı iqşıqdan keçmək, sürəti aşmaq, qəza törətmək, yolun əksinə hərəkət etmək…

Son vaxtlar Bakıda motosiklet sürən bir qrup şəxsin yol hərəkəti qaydalarını kobud şəkildə pozması yol polisini hərəkətə gətirib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandiri, polkovnik Rəşadət Babayevin mətbuata verdiyi açıqlamadan aydın oldu ki, qayda pozan baykerlərə qarşı əməliyyatlara şəxsən özü rəhbərlik edir. Elə bu səbəbdəndir ki, baykerlər sosial şəbəkələrdə Rəşadət Babayevlə bağlı təhqir yaymağa başlayıblar. Bir neçə gün əvvəl R.Bababayevin göstərişi ilə saxlanılan baykerin çəkdiyi videoda müəyyən məqamlara haqq qazandırmaq olardı. Etiraf etmək lazımdır ki, həmin kadrlarda yol polisi inspektorunun hazırlıqsız olduğu əksini tapdı. Lakin Avtosfer.az-ın apardığı araşdırmalardan sonra məlum oldu ki, əslində, baykerlərin Rəşadət Babayevə, ümumiyyətlə, yol polisinə qarşı aqressiv münasibətinin kökündə başqa məqamlar dayanır. Çünki son vaxtlar yol polisləri kütləvi şəkildə, qrup halında qayda pozan motosilet sürücülərini saxlayaraq məsuliyyətə cəlb edir. Hər gecə Bakıda 5-10 bayker saxlanılır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, təkcə avqustun 29-na keçən gecə Bakıda 47 sərxoş sürücü aşkar olunub. Onların da 5 nəfəri motosiklet sürənlərdir. 5 nəfərdən birinin isə ümumiyyətlə, sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs vəsiqə olmadan 7 ildir motosiklet sürdüyünü etiraf edib.

Baykerlərlə bağlı zaman-zaman yaranan qalmaqallı vəziyyət bu dəfə də daha geniş vüsət alıb. Və ortaya çıxan nəticə budur ki, bəzi baykerlər motosikleti təkcə nəqliyyat vasitəsi kimi yox, sadəcə, adrenalin çıxarmaq üçün bir vasitə kimi idarə edirlər. Səsgücləndirici qurğulardan istifadə etmək, dəbilqəsiz sükan arxasına keçmək və digər bu kimi qayda pozuntuları onların düşüncəsindən kənardır.

Bir neçə gün əvvəl Avtosfer.az-da Bakı-Qazax yolunda saatda 200-lə gedən motosikletlərin videosu yayılandan sonra bəzi baykerlərin əsl mahiyyətini öyrənə bildik. Onlar qruplaşma halında bir-birini dəstəkləməklə bizə qarşı hücumə keçdilər. Təhqirlər və hədə-qorxu mesajların ardı-arası kəsilmədi. Onlar hesab edir ki, hamı baykerləri dəstəkləməlidir. Onları təriflədinsə, səninlə dostdurlar, pislədinsə, düşmən.

Bütün hallarda onlar da bu cəmiyyətin bir üzvüdür və cəmiyyətə qarşı bu qədər aqressiyanın kökündə nə dayandığını anlamaq çətindir. Bir bayker bizə yazmışdı ki, motosikleti elə saatda 200-lə sürmək üçündür. Lakin biz bir daha qanunları əsas gətirərək deyirik ki, Azərbaycanda icazə verilən maksimum sürət həddi saatda 110 km-dir. O da avtomagistralda mümkündür. Motosiklet isə mühərrikin gücünə görə 90 km sürətdən artıq getməməlidir. 

Başa düşürük və etiraf edirik ki, «avtoş»lar kimi, baykerlər də sürmək üçün yer axtarırlar və dövlət belə yerləri mütləq təşkil etməlidir. Ən azından, Gənclər və İdman Nazirliyi bu məsələyə dair təkliflər verməlidir. O zaman baykerlər qapalı şəraitdə, insanların həyatına təhlükə yaratmadan hansısa meydançada adrenalin yaşaya bilər. Bugünkü reallıq isə onu göstərir ki, bəzi baykerlər gecələr şəhərə divan tutur və bundan həzz alır.

Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntülər əsasında hazırladığı videoya diqqətlə baxdıqda hər kəs başa düşəcək ki, yol polisi motosiklet sürənlərə qarşı nədən sərt addımlar atmalı oldu. Bu video yol polisi isə baykerlər arasında yaranmış soyuq münasibətin əsasıdır və yol polisini qanımaq da olmur. Çünki yol polisinin əlində əsas var. Bu qədər qayda pozuntusu, bu qədər cəmiyyətə, qanunlara hörmətsizlik yolverilməzdir.

Bu videoda yol polisinin üstünə motosiklet sürmək, qırmızı iqşıqdan keçmək, sürəti aşmaq, qəza törətmək, yolun əksinə hərəkət etmək və digər bu kimi qayda pozuntularının şahidi olacaqsınız.

Avtosfer.az təqdim edir:

 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh