Yol qəzası zamanı əzilən arakəsmələri kim təmir etməlidir? - VİDEO

Ağır yol qəzaları zamanı yol təsərrüfatına ciddi ziyan dəyir. Bəs bu ziyanı kim tərəfindən ödənilməlidir? Hadisənin törədən sürücü yoxsa, dövlət. Qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş dəmir arakəsmələr və yol kənarı tirlərin təmiri məsələsi öz aktuallığını saxlamaqdadır. Əsasən yüksək sürətli yollarda quraşdırılan bu arakəsmələr təhlükəsizliyi təmin edən vasitədir. Ancaq qəza zamanı əzilmiş dəmirlər uzun müddət təmir olunmasa da, qarşısıalınmaz qəzaların baş verməsi üçün münbit şərait yaradır.
Ekspert Azər Allahverənovun fikrincə, qəzalar zamanı əgər yol təsərrüfatı ziyan görübsə, hadisənin dəqiq səbəbləri araşdırıldıqdan sonra dəymiş ziyanın kimin tərəfindən ödəniləcəyi ayırd edilir. Çox zaman isə yol təsərrüfatına ziyan vuran şəxs dəymiş zərərin ödənilməsi məsələsini boynundan atır. Bəzi hallarda isə hadisənin kim tərəfindən törədildiyi belə məlum olmur. Ona görə də dövlət mülkünə dəymiş ziyan mübahisə mövzusu olur. Ekspertin fikrkncə, vəziyyətdən çıxış yolu var.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi ki, həqiqətən bu mövzudə vəziyyət elə də ürəkaçan deyil. Onun sözlərinə görə, yüksək sürət həddi təyin olunmuş yolda qəza səbəbindən yol təsərrüfatı dağılırsa, uzun müddət təmir olunmursa, növbəti qəza qaçılmaz olur bu səbəbdən proseduru gözləmək əvəzinə büdcədən pul ayrılır və təmir işləri dövlət hesabına aparılır. Əks halda səbəbkar məhkəməyə verilməli və dəymiş ziyanın ödənilməsi tələb olunmalıdır. Amma çox zaman təyin olunmuş məbləğ ödənilmir.
Bütün bu proseslər, yəni hadisənin araşdırılması, səbəbkarın müəyyənləşdirilməsi, dəymiş ziyanı ödəməkdən boyun qaçırılması və nəticədə məhkəmə prosesi uzun sürdüyündən yollardakı zədəli əyrixəttli tirlərin də təmiri gecikir.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










