Yolun “öldürdüyü” sürücülərlə bağlı kim məsuliyyət daşıyır? - ŞƏRH

“Ölkəmizdə yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan və başqa bu kimi problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Daha dəqiqi belə qəzalarda ölənlərin qanı batır”. Avtosfer.az xəbər verir ki, ekspert Ərşad Hüseynov yolların texniki vəziyyətində, konstruksiyasında tənzimlənmələrin olmadığına görə ölən insanların qanının yerdə qaldığını və buna rəğmən qanunda hələ də heç bir düzəlişin edilmədiyini açıqlayıb: “KİV-də bir məlumat oxudum ki, dünən Sulutəpə tərəfdə minik avtomobilinin dairəyə çırpılması nəticəsində sürücü ölüb. Bu məlumat neçə ildir ki, məni narahat edən bir problemi bir daha aktuallaşdırdı. Ölkəmizdə yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan və başqa bu kimi problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Daha dəqiqi, belə qəzalarda ölənlərin qanı batır, çünki buna görə konkret cinayət məsuliyyəti müəyyən edən norma yoxdur. Digər normaları belə hallara tətbiq etmək mümkün olsa da, bunun da təcrübəsi yoxdur”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












