Banner

Ziya Bünyadov prospektində yolu bağlayın qəzanın səbəbi  - «Kamaz» - FOTO

Yazarlar 10 Fevral 2015 18:27 Oxunub 2883
Ziya Bünyadov prospektində yolu bağlayın qəzanın səbəbi  - «Kamaz» - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Kamaz” sürücüləri bu yolda 90-la getmək istəyirmih; özü də  yanaşı gedən minik avtomobillərini ötə-ötə

Bu gün Bakının Ziya Bünyadov prospektində baş vermiş və ictimai marağa səbəb olmuş avtomobil qəzasının təsadüfi şahidi oldum. Qəza anının bilavasitə müşahidə etməsəm də, qəza yerinə çox diqqətlə nəzərdən keçirə bildim. Deməli, “KamAZ” markalı qoşqulu yük avtomobili “Koroğlu” metrosu istiqamətində Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxarkən yolun ortasındakı ayırıcı zolaqdan sıçrayıb sola keçib və orada əks istiqamətdə hərəkətdə olan “Ford” markalı kiçik yük avtomobili ilə toqquşub. “Ford”un sürücüsü ciddi xəsarət aldığından xəstəxanaya aparılıb. Amma sağ-salamat vəziyyətdə hadisə yerində olan “Kamaz” sürücüsü deyirdi ki, guya hərəkət vaxtı avtomobilin sükan mexanizmi qəflətən bloklanıb. Nəticədə o, idarəetməni itirib və əks istiqamətə çıxıb.

Yəqin ki, hadisəyə istintaq təfərrüatlı qiymət verəcək. Gəldiyim nəticənin xırdalıqlarını yazmadan (mənim gəldiyim qənaətin kiminsə ittiham edilməsində istifadə edilməsini istəmirəm) hadisəyə ümumi münasibət bildirmək istərdim. Z.Bünyadov prospekti yenicə istifadəyə verilib və burada nə yolayrıcı, nə svetofor, nə də radar var. Ona görə də hətta qoşquqlu “Kamaz”ın sürücüsü də o yolla 90-la getmək istəyir. Özü də ən soldakı zolaqla, yanaşı gedən minik avtomobillərini ötə-ötə. Belə sürətdə tormozlanma isə həmin sürücülərə baha başa gəlir.

Bu hadisədə mənim üçün ən maraqlısı o oldu ki, qoşqulu “Kamaz” tam olaraq 40-50 sm hündürlükdə ayrıcı beton zolağı aşmışdı və əks tərəfdə “Ford”u səddə sıxaraq dayanmışdı. Böyük ehtimalla həmin “Ford" olmasaydı, bu qoşqulu “Kamaz” həmin səddi də aşaraq yanaşı yola düşəcəkdi. Qəribəsi o idi ki, hadisə körpüyə qalxan yerdə baş vermişdi: görün enişdə olsaydı, nə olardı. Amma bu hadisədə hər iki sürücünün bəxti gətirmişdi, çünki üz-üzə toqquşma baş verməmişdi. “Kamaz” “Ford”un kabinəsinə yalnız sol tərəfdən toxunmuşdu. Görünür, “Ford”un sürücüsü də sayıqlıq nümayiş etdirib və öz avtomobilini maksimum sağa, təhlükədən uzağa çəkmişdi.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh